ƏNVƏRİ Əli Övhәdәddin Əbivәrdi (tәqr. 1126, Xorasanın DәştiHaveran vil., Əbivәrd r-nunun Bәdәnә k. – tәqr. 1189, Bәlx) – fars-tacik şairi. Adı bәzi mәnbәlәrdә Mәhәmmәd kimi dә göstәrilmişdir. Şeirlәrindәn Ənvәri tәxәllüsünün sonradan başqaları tәrәfindәn verildiyi mәlum olur. Dünyәvi elmlәrә yiyәlәnmiş Ə. Sultan Sәncәrin sarayında yaşamış, ömrünün sonlarında saraydan uzaqlaşmış, mәddah şairlәrә hәcvlәr yazmışdır. Vәtәnpәrvәr ruhlu “Xorasanın göz yaşları” qәsidәsi mәşhurdur. Ə.Cami onu İran şeirinin dörd (başqa bir rübaisindә üç) peyğәmbәrindәn biri kimi qәbul etmiş, qәsidәlәrindәki sәnәtkarlığı “möcüzә” adlandırmışdır. Götenin yüksәk qiymәtlәndirdiyi yeddi böyük fars-tacik şairindәn biridir. Divanı dәfәlәrlә İranda vә Hindistanda nәşr edilmişdir; bir neçә әlyazma nüsxәsi AMEA-nın M.Füzuli ad. Əlyazmalar İn-tunda saxlanılır. İran әdәbiyyatının әn böyük qәsidә şairi olaraq qәbul edilәn Ə.-nin türk şairlәrindәn Nәfinin yaradıcılığına böyük tәsiri olmuşdur.
Əsәri: Şeirlәr, “İnci xәzinәsi” kitabında. B., 1977.