ƏNZƏLİ, Bәndәr-Ənzәli (far. ), 1925–79 illәrdә Pәhlә vi – İranın şm.-ında, Gilan ostanında şәhәr vә Xәzәr dәnizi sahilindә ölkәnin iri portu. Ənzәli şәhristanının inz. m. Əh. 110,6 min (2006). Şosse yolu Ə.-ni Tehranla әlaqәlәndirir. Balıq ovunun vә emalının mühüm mәrkәzidir. Pambıq vә çәltiktәmizlәmә, sabunbişirmә, tütün, yağ, ağac emalı müәssisәlәri, gәmi tәrsanәsi var. İqlim kurortudur.
Ə. 18 әsrәdәk Gilan әyalәtinin iri ticarәt mәrkәzi olmuşdur. 1722 ildә I Pyotr Ə.-ni tutmuşdu. Lakin Rәşt müqavilәsinә (1732) әsasәn çar qoşunları Ə.-ni tәrk etdi. 1920 ildә İranda milli azadlıq hәrәkatının әsas mәrkәzlәrindәn biri idi. Pәhlәvilәr sülalәsi [1925–79] hakimiyyәtә gәldikdәn sonra şәhәr Pәhlәvi adlandırılmışdı (1925). İran Müvәqqәti İnqilabi Hökumәtinin qәrarı ilә yenidәn Ə. adlandırıldı (1979).
Minarәlәr, mәscid, daş hamam, saraymuzey şәhәrin memarlıq abidәlәrindәndir. 4 kitabxana, İslam Azad Un-ti (1999) vә s. var.
Янзяли поrту. Иран.