Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏRAF

    ƏRAF   –  sәmavi  dinlәrdә cәnnәt cәhәnnәm arasında keçid, aralıq mövqe. Bu anlayışın ilkin köklәrinә Əhdiәtiq inancında rast gәlinir. Artıq 1 әsrdә xristianlıqda Ə. haqqında sistemli tәsәvvürlәr mövcud idi. Katolisizmә ehkam şәklindә 1439 ildә daxil olmuş, 1562 ildә tәsdiqlәnmişdir. Katoliklәrә görә, bağışlanmaz günahları olmayan, lakin dünya hәyatında da tam bağışlanmayan insanların canları Ə.-dakı “sәmavi od”da yanaraq tәmizlәndikdәn sonra cәnnәtә daxil ola bilәr. Protestantlar vә pravoslavlar Ə.-ın varlığını qәbul etmir. Bәzi ezoterik tәsәvvürlәrә görә, Ə.-da qalma müddәti astral cismin tam parçalanmasına qәdәr (ölümdәn sonra 40 gün) davam edir. Bәzi versiyalara görә isә, insanın dünya hәyatı sınaq vә Ə.-dan keçiddir. Bәdii әdәbiyyatda Ə.-ın әn geniş tәsvirinә Dantenin “İlahi komediya”sında rast gәlinir.

    Ərәbcәdәn tәrcümәdә “dağ, tәpә, yaxud hasarın әn hündür yeri” mәnasını verәn Ə. islamda cәnnәtlә cәhәnnәmi bir-birindәn ayıran divarın әn yüksәk hissәsi kimi anlaşılır. Quranın eyniadlı surәsinә görә, hәlә cәnnәtә girmәmiş insanlar Ə.-da dayanacaq; onlar cәnnәt vә cәhәnnәmdәkilәri üzlәrindәn tanıyacaqlar; sonda isә cәnnәtә daxil edilәcәklәr (7: 46-49). Ə. әhlinin kimlәrdәn ibarәt olması barәdә tәfsirlәrdә müxtәlif fikirlәr var. Savabları daha çox olanların vәziyyәti ayәlәrdә (7:8; 23:102; 101:6) açıq ifadә edildiyi halda, savab vә günahları bәrabәr olanların aqibәti barәdә heç bir mәlumatın verilmәmәsi müfәssirlәr arasında Ə. әhlinin mәhz onlardan ibarәt olacağı ehtimalını artırmışdır. Bәzi mülahizәlәrә görә, peyğәmbәrlәr vә imamlar hәmin insanlara kömәk mәqsәdilә Ə.-da olacaq.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç