ƏRÁK (far. اراک), Soltanabad – İranın q. hissәsindә şәhәr. Mәrkәzi ostanın inz. m. Əh. 438,3 min (2006). Nәql. qovşağı. K.t. (şәkәr çuğunduru, dәnli bitkilәr) r-nunun mәrkәzidir. Yeyinti (o cümlәdәn şәkәr), toxuculuq sәnayesi, traktoryığma, maşınqayırma z-dları var. Xalça istehsalı ilә mәşhurdur.
Şәhәr 1808–12 illәrdә Sultanabad adı ilә sәrkәrdә Yusif xan tәrәfindәn salınmışdır. Eyni zamanda әrazi köhnә adı ilә dә adlanırdı. 1938 ildәn Ə. adı rәsmilәşdi.
Şәhәrdә Qacarlar dövrünә aid Dörd fәsil hamamı (içәrisi kaşı ilә bәzәdilmiş, 8 sütunlu, günbәzli; muzey kimi fәaliyyәt göstәrir), Vәkil külafirәngisi imarәti (ümumi sah. 3800 m2), Qәdim bazar (2 girişli, 8 keçidli, günbәz vә tağlı, içәrisindә 500 dükan, mәscid, hamam, mәdrәsә yerlәşmişdir, 14 hektar), Mesrop kilsәsi (1914, dördkünc bazilika, 15´24 m), Hacı Hüseyn Xakbarın evi (memar Ustad Murad Çәmәni Əraki, 2 eyvan, 11 otaq, hamam, kәhriz, sah. 3000 m2) vә s. memarlıq abidәlәri var.
Un-t (1971), Tibb elmlәri (1987; 1990 ildәn müasir adı ilә), İslam (1985), Texnologiya un-tlәri, Soltanabad, Mәşhurlar, Çahar Fәsill muzeylәri, Opera evi, zoopark, tarixi bazar, idman vә әylәncә komplekslәri vә s. var.
Ярак. Дюрд fясил щамамы. 19 яср.