ƏRANİ Tağı Əbülfәt oğlu (5.9.1902, Tәbriz – 5.2.1940, Tehran) – İran siyasi xadimi. Kimya e.d. (1928). Mәmur ailәsindә anadan olmuşdur. Milliyyәtcә azәrb.-dır. 1920–22 illәrdә Tehran Tibb in-tunda, 1922–28 illәrdә Berlin un-tindә oxumuşdur. 1928–30 illәrdә Berlin un-tindә fars, azәrb., türk, әrәb poetikası vә mәntiqdәn dәrs demiş, Berlindә İran ziyalılarının gizli inqilabi dәrnәyinә daxil olmuşdur. 1930 ildә İrana qayıdaraq, Tehran un-tindә fizika vә kimyadan dәrs demişdir. 1934–35 illәrdә “Dünya” mәcmuәsini nәşr etdirmişdir. 1935 ildә gizli mәtbәә yaratmış, siyasi fәaliyyәtinә vә Rza şah diktaturasına qarşı çıxışlarına görә hәbs olunmuşdur (1937). Uzun işgәncәlәrdәn sonra hәbsxanada öldürülmüşdür. Ə. fәlsәfәyә (“Dialektik materializm”), dәqiq elmlәrin әsaslarına (“Fizika elminin әsasları”, 4 cilddә; “Kimya elminin әsasları”, 4 cilddә) vә s. aid bir sıra әsәrlәrin müәllifidir. Orta әsr şair vә mütәfәkkirlәrinin (Xәyyam, Sәdi, Nasiri Xosrov, Übeyd Zakani) әsәrlәrinin elmitәnqidi mәtnlәrini nәşrә hazırlamışdır. Ə. Kantın “apriori” anlayışından, Hegelin “mütlәq ruh” konsepsiyasından, Dekartın dualizmindәn bәhs etmiş, Berkli, Şopenhauer vә Berqsonun fәlsәfi baxışlarına qarşı marksist mövqe tutmuşdur.