ƏR-ARVAD (hüquqi vәziyyәti) – nikahda olan şәxslәr, әr vә arvad. Azәrb. Resp.-nın nikah vә ailә münasibәtlәrinin hüquqi baxımdan tәnzimlәnmәsi dövlәt tәrәfindәn hәyata keçirilir vә yalnız müvafiq icra hakimiyyәti orqanında bağlanmış nikah tanınır. Dini kәbinkәsmә (dini nikah) hüquqi әhәmiyyәtә malik deyildir. Bu müddәa müvafiq icra hakimiyyәti orqanının yaradılmasınadәk bağlanmış dini nikahlara vә onların tәsdiqinә dair sәnәdlәrә, doğum, nikahın bağlanması, nikahın pozulması vә ölüm haqqında sәnәdlәrә aid deyildir (Azәrb. Resp.-nın Ailә Mәcәllәsi, maddә 1). Nikaha daxil olarkәn vә ailә münasibәtlәrindә sosial, irqi, milli, dini vә dil mәnsubiyyәtinә görә vәtәndaşların hüquqlarının hәr hansı formada mәhdudlaşdırılması qadağandır. Ə.-a.-ın şәxsi vә әmlak münasibәtlәri ailә qanunvericiliyi ilә müәyyәn edilir. Azәrb. Resp.-nın Konstitusiyasında tәsbit edilmiş qadın vә kişinin hüquq bәrabәrliyi prinsipinә uyğun olaraq, Ə.-a. ailә münasibәtlәrindә bәrabәr şәxsi vә әmlak hüquqlarına malikdirlәr. Ə.-a.-ın hәr biri mәşğuliyyәt, sәnәt, soyad vә yaşayış yerini seçmәkdә sәrbәstdir. Ə.-a. nikah zamanı qazanılan әmlakdan bәrabәr istifadә etmәk vә onun haqqında sәrәncam vermәk hüququna malikdir. Ə.-a. bir-birinә maddi kömәk etmәlidir.