Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏRBAKAN Nәcmәddin

    ƏRBAKAN Nәcmәddin (29.10.1926, Sinop – 27.2.2011, Ankara) – Türkiyә Resp.-nın 33-cü baş naziri (1996–97) vә millәt vәkili. İstanbul Texniki Un-tini bitirmişdi (1948). Almaniyanın Aaxen Texniki Untindә mühәndislik üzrә doktor, dosent (1954), prof. (1965) elmi adları almışdı. 1966 ildә Odalar Birliyinin sәnaye dairәsindә fәaliyyәtә başlayan Ə. sonra katib, idarә heyәtinin üzvü, 1969 ildә isә birliyin sәdri olmuşdu. 1969 ildә “Milli Görüş” manifestini yaymışdı. Manifestin ideoloji bazası әsasında bir neçә siyasi partiya yaratmış, bu partiyaların çoxu qadağan olunmuşdur. 1974, 1975–77 vә 1977–78 illәrdә baş nazirin kömәkçisi idi. 1980 ildә baş verәn hәrbi çevrilişdәn sonra Ə.-a siyasi fәaliyyәtlә mәşğul olmaq qadağan edilmişdir. 1987 ildә bu qadağa lәğv olunmuş vә Ə. Rifah partiyasını tәsis etmiş vә partiya sәdri vәzifәsini tutmuşdur. 1995 ildә Rifah partiyası mәclis seçkilәrindә qalib gәlmiş, 1996 ildә isә Ə. baş nazir seçilmişdir. Xarici siyasәtdә Ə. ABŞ-la yox, müsәlman ölkәlәri ilә yaxınlaşma kursu yürüdürdü, onun tәşәbbüsü ilә müsәlman ölkәlәrin daxil olduğu D-8 İqtisadi Əmәkdaşlıq Tәşkilatı yaradılmışdı. 1997 ilin iyununda hәrbi dairәlәrin tәzyiqi ilә Ə. istefa vermişdi. 1998 ildә Rifah partiyasının fәaliyyәti dayandırıldı vә dövlәtin dünyәvi xarakterini pozmaq cәhdinә görә Ə.-a 5 il әrzindә siyasi fәaliyyәtlә mәşğul olmaq qadağan edildi. 2003 ildә Sәadәt Partiyasının idarә heyәtinә seçildi. 2004 ildә dәlәduzluqda ittiham olunaraq 5 il müddәtinә hәbsә mәhkum edilsә dә, sonradan cәzası ev dustaqlığı ilә әvәzlәnmişdir. 2008 ildә bәraәt almışdır. 2010 ildә yenidәn Sәadәt partiyası idarә heyәtinә seçilmişdir. İstanbulda dәfn olunmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç