ƏRBİL (әr. أربيل) – İraqın şm.-ında şәhәr. Eyniadlı mühafazanın inz. m. Əh. 1,5 mln. (2012). Kiçik vә Böyük Zab çayları arasındakı düzәnlikdә yelәşir. Nәql. qovşağı. K.t. r-nunun ticarәt mәrkәzi (dәnli bitkilәr, küncüt, tütün, pambıq). Dәri emalı var. Sәnәtkarlıq inkişaf etmişdir.
E.ә. 3-cü minillikdәn etibarәn mixi yazılı mәnbәlәrindә Şimali Mesopotamiyada Ərbail, Arbail (akkad dilindә “dörd tanrı şәhәri”; qәdim farsca adı Arbairā; Avropa dillәrindә Arbela, Arbeles) adı ilә qeyd olunan Ə. dünyanın әn qәdim yaşayış mәskәnlәrindәn biridir. Ə. adına ilk dәfә Ebla arxivi materiallarında rast gәlinir. Onlar e.ә. 2300 vә e.ә. 2200 illәrdә Ə.-in kutilәr tәrәfindәn işğalları ilә bağlıdır. E.ә. 1900 – e.ә. 605 illәrdә Aşşurun hakimiyyәti altında idi. II Kir Aşşuru işğal etdikdәn sonra Ə., Əhәmәni satraplığın mәrkәzi (Persepolu Egey dәnizinin sahillәri ilә birlәşdirәn “Şah yolu” buradan keçirdi) olmuşdur. Makedoniyalı İsgәndәrin III Daranı mәğlub etdiyi Qavqamela vuruşmasının (e.ә. 331 il) yeri Ə.-dәn 75 km şm.-q.-dә yerlәşir. Döyüşdәn sonra III Dara Ə. qalasına sığınmış, xәzinәsi vә ailәsini burada yerlәşdirmişdir. Ellinizm dövründә Selevkilәrin Adiabena әyalәtinin mәrkәzi, hәmçinin Parfiya vә Roma arasında mübahisәli әrazi idi, eramızın 3 әsrinin әvvәllәrindә I Ərdәşirin hakimiyyәti altına keçәrәk tәqr. 400 il Sasani imperiyasının şәhәrlәrindәn olmuşdur. 2 әsrin әvvәllәrindәn xristianlıq yayılmağa başlamış, 4 әsrdә Ə.-in әhalisi qәti şәkildә xristianlığı qәbul etmişdi. 500 ildә Kәldani mitropolitliyinin әsası qoyulduqdan sonra ikinci dini-mәdәni mәrkәz (Mosuldan sonra) sayılırdı.
Ə.-in әrәblәr tәrәfindәn fәthi tәqr. 640 ildә (Ömәrin xәlifәliyi dövrünә tәsadüf edir) baş vermişdir. Müsәlman mәnbәlәrindә Ə. adına ilk dәfә Abbasilәrin hakimiyyәtә gәldiyi vaxtdan etibarәn rast gәlinsә dә, mәnbәlәrdә 10 әsrdәn başlayaraq daha çox çәkilir. 1132 ildә Zәngilәr sülalәsinin banisi İmadәddin Zәngi Ə.-i әlә keçirdi vә Zeynüddin Əli Kiçiyә iqta kimi verdi. 1144 ildә Ə. Mosul atabәyliyinin (müstәqil әmirliyinin) әsası qoyuldu. Əmirlik Müzәffәrәddin Kökbörinin (Mavi Qurd) zamanında (1190–1232) genişlәndi vә Kәrkük ilә birlikdә Şәhrizor bölgәsi dә buraya qatıldı. Onun dövründә indiyәdәk qorunub saxlanılmış bir neçә mәşhur tikili inşa edildi; Müzәffәriyә minarәsi (“Sınıq minarә” adı ilә mәşhurdur), Qeysәriyyә bazarı. Kökböridәn sonra hakimiyyәt Abbasi xәlifәsi Müstәnsirin әlinә (vәsiyyәtlә) keçdi. 1236/ 37 illәrdә monqolların Ə.-ә birinci yürüşü baş verdi. Onlar aşağı şәhәri dağıtdılar, içqalanı әlә keçirә bilmәyib geri çәkildilәr. 1258 ildә Hülaku xanın Bağdadı әlә keçirmәsindәn sonra Ə.-in içqalası da tutuldu. 1397 ildә Teymurun qoşunu şәhәri dağıtdı. Teymurdan sonra Qaraqoyunlu, Ağqoyunlu vә Sәfәvilәrin hakimiyyәti altında idi. 1535 (bәzi mәnbәlәrә görә 1529) ildә Bağdadla birlikdә Osmanlı torpaqlarına qatıldı. 16 әsrin ikinci yarısında Bağdad, 17 әsrdә Şәhrizor әyalәtlәrinә daxil oldu. 1743 ildә Nadir şah Osmanlılarla mübarizәdә Ə.-i tutmuş, lakin bir müddәt sonra geri vermişdi. Ə. 19 әsrin ortalarınadәk Osmanlıların әn mühüm hәrbi mәntәqәlәrindәn biri olmuş, 1870 il yeni inzibati-әrazi bölgüsünә uyğun olaraq Kәrkük sancağının qәzasına çevrilmişdi. Birinci dünya müharibәsindәn (1914–18) sonra ingilislәr tәrәfindәn işğala mәruz qalaraq yeni qurulan İraq Haşimi Krallığına verildi. 1921 ildәn İraqın tәrkibindәdir.
Ə. İraq türkmanlarının ilk qalası, onların folklor vә xalq әdәbiyyatının zәngin mәrkәzlәrindәn biridir. Görkәmli dövlәt vә ictimai xadimi İ.Doğramacının vәtәnidir. Şәhәr Aşağı vә Yuxarı hissәdәn ibarәtdir. Aşağı Ə.-dә uca minarәli came, Yuxarı Ə.dә Hacı Molla İbrahim camesi, Ömәrağa mәdrәsәsi ilә Şeyx Şәrif tәkyәsi mövcuddur.
Sәlahәddin un-ti (1968), Texniki in-t (1976), Mәdәniyyәt vә Etnoqrafiya muzeylәri vә s. var.
Ярбил шящяринин мяркязи щиссяси.
Ярбил галасы.