ƏRÇİVAN – Azәrb. Resp. Astara r-nunda qәs. Ərçivan ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 8 km şm.-da, Xәzәr dәnizindәn 4 km aralı, Ərçivan çayının sahilindә, Lәnkәran ovalığındadır. Əh. 9085 (2015); әkinçilik vә heyvandarlıqla mәşğuldur. 4 tam orta mәktәb, 2 mәdәniyyәt evi, uşaq bağçası, tibb mәntәqәsi, memarlıq abidәlәrindәn orta әsrlәrә aid yaşayış yeri vә qalanın qalıqları, türbә vә minarә qalıqları (13 әsr), Kәrbәlayı Hәmid Abdulla hamamı (1806), mәscid (19 әsr), yaşayış evi (1900), lәm (1906) var.