ƏRDAHAN (Ardahan) – Türkiyәnin şm.- ş.-indә, Şәrqi Anadolu bölgәsindә şәhәr. Ərdahan ilinin inz. m. Əh. 19 min (2012). Kür çayı sahilindәdir. Ə. әrazisindә aparılan arxeoloji qazıntılar zamanı әldә edilәn tapıntılar sübut edir ki, bu bölgәdә Erkәn Tunc dövründәn etibarәn yaşayış yeri mövcud olmuşdu. Sonralar әrazi müxtәlif dövlәtlәrin (xüsusilә Urartu, Əhәmәnilәr imperiyası vә Cәnubi Qafqaz dövlәtlәri) hakimiyyәti altında idi. Eramızın 642 ilindә әrәblәr tәrәfindәn tutulmuşdu. Buraya türklәrin ilk axınları Qutalmışın hakimiyyәti zamanı 1053 ildәn başlamışdı. Tәqr. 1054–58 illәrdә Ə. türklәrin әlinә keçdi. 1068 ildә sәlcuq türklәri Alp-Arslanın [1063–72] başçılığı ilә Ə.-ı Bizansdan qoparmış vә Ərdahan Türk sultanlığı yaradılmışdır. Sәlcuqlardan sonra Ə. qısa müddәt gürcü şahzadәlәrinin, monqolların, Elxanilәrin, Qaraqoyunluların vә Ağqoyunluların hakimiyyәti altında olmuşdur. Sultan III Murad [1546–95] tәrәfindәn Osmanlı imperiyasının tәrkibinә (1578) daxil edilmişdi. Osmanlı dövlәtinin – bәzәn Ərzurum, bәzәn dә Çıldır әyalәtinin tәrkibindә olan Ə. qalasında 1549 ildә tәmir aparılmışdır. 1568–74 illәrdә Ərzurum vil. daxilindә sancaqlığın mәrkәzi olan Ə. 1578 ildә Çıldır әyalәtinә qatılmışdı. 1609 ildә yenidәn Çıldır, 1632– 41 illәrdә Qars әyalәtlәrinin tәrkibindә olmuşdu. 1777–87 illәrdә Ə. Çıldır vil. tәrkibindә sancaq mәrkәzi idi.
Qars vә Batumla yanaşı, Ə. da 1828– 29, 1853–56 vә 1877–78 illәr Rusiya–Türkiyә müharibәlәrinin döyüş meydanına çevrilmişdi. Rusiya ilә Türkiyә arasında bağlanmış San-Stefano (Yaşılköy) sülh müqavilәsinә (9.3.1878) vә Berlin traktatına (1.6.1878) әsasәn, Rusiya imperiyasına verilmiş, Qars vil.-nin tәrkibindә Ə. dairәsi yaradılmışdı. Rusiyanın hakimiyyәti altında olduğu dövrdә 100 min әhali Ərzurum tәrәflәrә köçmәyә mәcbur olmuş, Ə.-ın türk әhalisi azalıb 2000-ә enmişdi. 72 qüllәli Ə. qalası 19 әsrdә baş vermiş Rusiya–İran vә Rusiya–Türkiyә müharibәlәri zamanı әhәmiyyәtli rol oynamışdı. 1831 ildә yenidәn Türkiyәyә – Çıldır әyalәtinә keçdiyi zaman orada 73473 müsәlman, 4887 ermәni, 9150 digәr millәtlәrin nümayәndәlәri yaşayırdı. Rusiyanın hakimiyyәti altında olduğu zaman türklәr vә müsәlmanlar buradan Türkiyәyә köçmüş, onların yerinә çarizm tәrәfindәn ermәnilәr, gürcülәr vә molokanlar gәtirilmişdir. 19 әsrdә Ə. әhalisinin әsas mәşğuliyyәti heyvandarlıq vә әkinçilik idi. Dülgәrlik, misgәrlik, toxuculuq geniş yayılmışdı. 20 әsrin әvvәllәrindә Ə.-da f-k vә 5 kiçik z-d (dәri emalı, toxuculuq vә s.), habelә 150 emalatxana, mağaza vә dükanlar vardı.
1914 ildә Türkiyә Ə.-nı tutsa da, Birinci dünya müharibәsindәki (1914–18) mәğlubiyyәtdәn sonra Mondros (Mudros) sülh müqavilәsinin (1918) şәrtlәrinә әsasәn onu әldәn vermişdi. Brest–Litovsk müqavilәsinә (1918) görә yenidәn Türkiyәyә qaytarılmış, 1921 ildә bağlanan sülh müqavilәsinә görә Ə. qәti olaraq Türkiyәnin tabeliyindә qalmışdır. Türkiyә Resp. yarandıqdan (1923) sonra Ə. Qars vil.-nin tәrkibinә qatılmış, 1926 ildәn vil.-in mәrkәzi olmuşdu. 1993 ildә Türkiyәnin Qars vil.-nin şm.-ında Ə. әyalәti yaradılmışdır. Möhtәşәm qәdim Ə. qalası (16 әsr) vә Kür çayı üzәrindәki tarixi körpü bu gün dә qalmaqdadır. Savaşır, Şeytan qalaları, camelәr, Daşkörpü kitabәlәri, un-t (2008) var.
Шейтан галасы. (Урарту дюврц, е.я. 8–6 ясрляр).
Ярдащан ш.