ƏRDƏBİL (far. أردبيل ) – İranın şm.-q.-indә, Cәnubi Azәrbaycanda ostan. 1993 ildә Şәrqi Azәrbaycan ostanının şәrq, Gilan ostanının şimal әrazilәri hesabına yaradılmışdır. Şm.-dan Azәrb. Resp. ilә hәmsәrhәddir. Sah. 17,8 min km2. Əh. 1,2 mln. (2011; milli tәrkibi: azәrb.-lar – 98,2%, tatlar – 1,1%, kürdlәr – 0,4%; 2015 ilin mәlumatına görә әhalisinin 33,8%-i k.t.-nda, 25,6%-i sәnaye sahәlәrindә, 40,6%-i xidmәt sektorunda çalışır). 9 şәhristana (Ərdәbil, Bilәsuvar, Gәrmi, Kivi, Meşgin, Nәmin, Nir, Parsabad, Xalxal) bölünür. Mәrkәzi Ərdәbil ş.-dir. Ərazisi әsasәn dağlıqdır (yüksәk nöqtәsi 4821 m, Savalan d.). Kontinental iqlimi var. Nisbәtәn iri çayları: Balıqlıçay, Xalxalçay, Qarasu, Germiçay; göllәri: Şurabil, Nohur gölü, Şorgöl, Qalğanlı. Ə. ostanı isti bulaqları ilә mәşhurdur. Turizm inkişaf etmişdir.
Ярдябил останы. Савалан даьы.