Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏRDƏBİL XANLIĞI

    ƏRDƏBİL XANLIĞI – 18 әsrin ortaları – 19 әsrin әvvәllәrindә Azәrb.-da yaranmış kiçik dövlәt. Talış, Qaradağ, Tәbriz, Marağa vә Gilan xanlıqları ilә hәmsәrhәd idi.

    Mәrkәzi Ərdәbil ş. olmuşdu. Əhalisi, әsasәn, әkinçilik vә maldarlıqla mәşğul idi. Ərdәbil, Aşağı Meşkin, Yuxarı Meşkin, Bilgic, Ərşә, Ucarrud (Ucarlı) vә Astara mahallarına bölünürdü.

    Ə.x.-nın ilk xanı әvvәllәr Nadir şahın [1736–47] sәrkәrdәlәrindәn olan şahsevәn tayfa başçısı Bәdir xan [1747–63] olmuşdur. Bütün hakimiyyәt, hәmçinin yeraltı vә yerüstü sәrvәtlәr xana vә onun ailә üzvlәrinә mәxsus idi. Ə.x.-nı әyanların toplaşdığı divanxana idarә edirdi. Xan vә divanxana işçilәrinin qeyri-mәhdud hüququ vardı. Ayrı-ayrı mahalları bәylәr, naiblәr, kәndxudalar vә b. idarә edirdilәr. Xanlıq 3000 nәfәrlik daimi qoşun saxlayırdı. Lazım gәldikdә, mahallardan xanın sәrәncamına çәrik dәstәlәri göndәrilirdi. Bәdir xan dövründә siyasi cәhәtdәn nisbәtәn möhkәmlәnmiş Ə.x. İranda hakimiyyәt uğrunda mübarizә aparan heç bir qruplaşmadan asılı deyildi. Bәdir xanın vәfatından sonra hakimiyyәtә oğlu Nәzәrәli xan [1763–92] keçdi. Onun dövründә xanlığın әrazisini әlә keçirmәyә çalışan Zәndilәr, Qacarlar vә b. ilә Ərdәbil şahsevәnlәri arasında kәskin mübarizә gedirdi. Qubalı Fәtәli xan 1784 ilin mayında Ə.x.-na hücum edib müqavimәtә rast gәlmәdәn Ərdәbili, sonra isә Meşkin mahalını tutdu. Nәzәrәli xan Qarabağ xanı İbrahimxәlil xanın yanına qaçdı. Ə.x.-nın tutulması böyük siyasi vә iqtisadi әhәmiyyәt kәsb edәrәk Azәrb. torpaqlarının birlәşdirilmәsi yolunda mühüm addım idi. Bu, Fәtәli xanın Azәrb.-ın c. torpaqlarında möhkәmlәnmәsini istәmәyәn İran feodallarının, bir çox Azәrb. xanının, Gürcüstan hakimi II İraklinin vә çar Rusiyasının narazılığına sәbәb oldu. Nәzәrәli xan vә Qarabağ xanı İbrahimxәlil xanın Qarabağın Tuğ k.-ndә cәmlәnmiş qoşunları Ərdәbilә hücum etdi. Üç minlik süvari göndәrmiş Xoy hakimi Əhmәd xan da onlara kömәk edirdi. Yaranmış mürәkkәb vәziyyәti vә qüvvәlәrin birlәşmәsini nәzәrә alan Fәtәli xan Ərdәbili tәrk etmәyә mәcbur oldu. Qarabağ xanlığının vassalına çevrilәn Nәzәrәli xan yenidәn Ə.x.-nda hakimiyyәti әlә keçirdi. Qacarların hakimiyyәti dövründә Ə.x. nominal müstәqilliyini saxlayırdı. Nәzәrәli xanın ölümündәn sonra hakimiyyәtә Nәsir xan [1793–1808] keçdi vә Qacarlardan tam asılı vәziyyәtә düşdü. Onun ölümündәn sonra Ə.x.-nın Qacar dövlәtinin tәrkibinә birlәşdirilmәsi şahsevәn tayfa birliyinin pozulmasına sәbәb oldu; şahsevәnlәr dörd qola ayrıldı. Onlardan bir hissәsi Nәzәrәli xanın qardaşı Fәrәculla xanın başçılığı ilә Ərdәbil әyalәtindә qaldı. Fәrәculla xan, apardığı müharibәlәrdә Abbas Mirzәyә silahlı dәstәlәrlә kömәk edirdi. Şahsevәnlәrin ikinci hissәsi Meşkindә hakimiyyәti әlә keçirmiş Nәzәrәli xanın nәvәsi Ata xandan asılı oldular. Ata xan Qacarlara tabe olmaqdan imtina etdi. Abbas Mirzә naxçıvanlı Pirqulu xanı Ata xana qarşı göndәrdi. Ata xan Abbas Mirzәnin Tәbrizdә danışıqlar aparmaq tәklifini qәbul etmәyә mәcbur oldu. Tәbrizә gәlәn Ata xanın gözlәri çıxarıldı vә o, hakimiyyәtdәn kәnarlaşdırıldı. Şahsevәnlәrin üçüncü hissәsi Talış d-rına, dördüncü hissәsi isә Qaradağa köçdü. Belәliklә, 19 әsrin birinci onilliyinin axırlarında Ə.x.-na son qoyuldu.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç