Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏRDƏBİL

    ƏRDƏBİL (far.أردبيل) – İranın şm.-q.-indә, Cәnubi Azәrb.-da şәhәr.  Ərdәbil ostanının inz.m. Əh. 421,3 min (2006). Dәniz sәviyyәsindәn tәqr. 1500 m yüksәklikdә, Qarasu çayının (Arazın qolu) sahilindә yerlәşir. Avtomobil yolları qovşağı. Aeroport.  Xalçaçılıq mәrkәzidir. Yaxınlığında mineral su bulaqları var.

    Ярдябил шящяриндян эюрцнцш.

    Ə. Azәrb.-ın әn qәdim şәhәrlәrindәndir. Mәnbәlәrdә Ordvil, Firuzkerd, Bazan-i Piruz, Firuzabad, Artaved, Ardepil dә adlandırılır. Arxeoloji tapıntılar (tunc alәtlәr, ağır dәstәkli mis qılınclar, müxtәlif xәncәrlәr, baltalar, nizә vә ox ucluqları, ox qablarının metal hissәlәri, sırğalar vә s.) hәlә Tunc dövründә Ə.-dә yaşayış olduğunu tәsdiq edir [bu materiallar “İran-e Bastan” muzeyinin (Tehran) “Ərdәbil tapıntıları” bölmәsindә saxlanılır]. Şәhәrin salındığı tarix dәqiq müәyyәnlәşdirilmәmişdir. Ərәb coğrafiyaşünası Yaqut Hәmәvinin (1179– 1229) yazdığına görә, Ə.-i Sasani hökmdarı I Qubadın [488–531] oğlu Firuz saldırmışdır.

    Sasanilәr dövründә Ə. mәrzbanlıq mәrkәzi idi. 7 әsrdә әrәb qoşunlarının tutduğu Ə. mahal, sonralar isә canişinlik mәrkәzinә çevrildi. Ərәb–xәzәr müharibәlәri dövründә, 730/31 ildә Bәrcikin başçılığı ilә xәzәr qoşunu uzun mühasirәdәn sonra Ə.-i tutdu. Lakin sonralar әrәblәr Ə.-i yenidәn әlә keçirdilәr. Ə. Azәrb.-da әrәb işğalçılarına qarşı mübarizәnin mәrkәzlәrindәn idi. 8 әsrin 40-cı vә 90-cı illәrindә Ə.-dә xilafәtә qarşı üsyanlar oldu. 808 ildә Ə. mahalında xürrәmilәr hәrәkatı başlanmışdı. Ə.-dә Xilafәt dövründә әrәb qarnizonu saxlanılırdı. Şәhәrdә möhkәmlәndirilmiş istehkamlar var idi. Ə. әtrafında mis, qızıl, qalay, kükürd vә neft yataqlarının mövcudluğu, habelә ticarәt yollarının buradan keçmәsi şәhәrin iqtisadiyyatına mühüm tәsir göstәrmişdi. Ə. yaxınlığındakı Külsurә (Kürsar a) bazarına müxtәlif ölkәlәrdәn ipәk, daş-qaş, dәri mәmulatı vә s. gәtirilirdi. Ə. 10 әsrdә Sacilәr, sonralar isә Salarilәr dövlәtinin (1054 ildә paytaxt Tәbrizә köçürüldü) paytaxtı olmuşdur. 12 әsrdә Ə.-in әhalisi tәqr. 200 min nәfәr idi.

    1220 ildә monqol qoşunları, 1225 ildә isә Xarәzmşah Cәlalәddin Ə.-i işğal etdi. Ə. 13 әsrin ortalarından Hülakular dövlәtinin tәrkibinә daxil oldu. Bu dövrdә Ə. yenidәn bәrpa edilәrәk, böyük ticarәt vә sәnәtkarlıq mәrkәzinә çevrildi. 15 әsrdәn Qaraqoyunluların, sonralar isә Ağqoyunluların hakimiyyәti altına keçәn Ə.-i Sәfәvilәr nәsli idarә edirdi. Ə. bu dövrdә mühüm ticarәt vә sәnәtkarlıq mәrkәzi olmaqla bәrabәr, hәm dә dini mәrkәzә çevrilmişdi. 16 әsrdә Ə.-dә ipәk, pambıq vә yun parçalar, zәrxara toxunur, şirli vә naxışlı saxsı qablar, dәri, metal vә ağac mәmulatı istehsal olunurdu. Ə.-dә xalçaçılıq da geniş inkişaf etmişdi. Burada toxunmuş “Şeyx Sәfi” xalçası (Viktoriya vә Albert muzeyi, London) Azәrb. xalçaçılığının әn qiymәtli nümunәlәrindәndir. Yaxın Şәrq vә Avropa ölkәlәri ilә ticarәt etmiş Ə.-dә xarici tacirlәr üçün karvansaralar vardı. 17 әsrdә Ə.-dә tәqr. 50 min әhali yaşayırdı.

    Ярдябил. Шейх Сяфияддин мягбяряси. 16 яср.

    Sәfәvi–Osmanlı müharibәlәrinin gedişatında – 1725 ilin dekabrında Ə.-i Osmanlı qoşunları tutdu. 1728 ildә Ə.-dә osmanlılar әleyhinә üsyan amansızlıqla yatırıldı. Sәfәvi–Osmanlı müharibәlәri Ə.-in iqtisadiyyatını tәnәzzülә uğratdı. 18 әsrin 40-cı illәrindә mәrkәzi Ə. şәhәri olan Ərdәbil xanlığı yarandı. 18 әsrin sonlarından Qacarların tabeliyinә keçәn Ə. 19 әsrin әvvәllәrindә vәliәhd Abbas Mirzәnin hәrbi qәrargahına çevrildi. Onun göstәrişi ilә Ə.-dә müdafiә qalası tikildi (Narınqala adlanan bu qala Rza şah dövründә sökülmüşdür). Rusiya–İran müharibәsi (1826–28) zamanı, 1828 il yanvarın 28-dә çar qoşunları Ə.-i tutdu. Türkmәnçay müqavilәsinә (1828) әsasәn Ə. İranın tәrkibindә qaldı. Ə.-in zәngin kitabxanası hәrbi qәnimәt kimi Peterburqa aparıldı. 1907 vә 1909 illәrdә Ə. әtrafında kәndli üsyanları baş verdi. 1918 ildә xalq kütlәlәrinin inqilabi çıxışları oldu. 1930 ildә Ə.-dә 40 min әhali yaşayırdı. İkinci dünya müharibәsi dövründә burada antifaşist hәrәkat genişlәndi. 1944 il oktyabrın 27-dә kütlәvi nümayişlәr keçirildi. Ə.-dә Azәrbaycan Demokrat Firqәsinin tәşkilatları fәaliyyәt göstәrirdi. İyirmi bir Azәr hәrәkatı dövründә Ə. milli azadlıq hәrәkatının әsas mәrkәzlәrindәn idi. 1946 ilin axırında İran qoşunlarının hücumu ilә Cәnubi Azәrb.-da, o cümlәdәn Ə.-dә Milli hökumәtin tәdbirlәri lәğv olundu; demokratik tәşkilatlar dağıdıldı, kütlәvi terror başlandı.

    Tәbiәt tarixi (2002), Antropologiya (7 әsrdә hamam olmuş, 1999 ildәn muzey), Sәnәtkarlıq, Arxeoloji (Şeyx Sәfi kompleksindә) vә s. muzeylәr, Mәrkәzi kitabxana, Mühәqqiq Ərdәbili Un-ti (1978), Tibb unti (1993), İslam Azad Un-ti (1982), İdman sarayı, Ə.-in qәdim tarixi abidәlәrindәn olan üstüörtülü bazar var.

    Şәhәrin q.-indә yerlәşәn isti  mineral su komplekslәri, Savalan dağı (hün. 4811 m; әrazisindә dağ-xizәk idmanı sahәlәri vә turist bazaları yerlәşir), Şörәbil gölü vә gölün әtrafındakı әylәncә mәkanı, “Fındıqlıq” adlanan meşә, Alvars pisti (Alvars k. yaxınlığında mövqe tutmuş qar pistidir vә dağ-xizәk idmanı kross növü üçün istifadә olunur), Daş baba heykәli vә s. Ə.-in yüksәk turizm potensialının göstәricilәridir.

    11–12 әsrlәrdә Ə. metalişlәmә sәnәtinin, o cümlәdәn dәmirçiliyin iri mәrkәzi idi. Dulusçuluq sәnәti dә geniş yayılmışdı. İstehsalına orta әsrlәrdә başlanılan şirli qablar müxtәlif rәngli rәsmlәrlә (insan, nәbati vә zoomorf) bәzәdilirdi. 14–17 әsrlәrdә Ə.-in әsasını Şeyx Sәfiәddin kompleksindәn, onun qarşısındakı böyük meydandan, üstüörtülü ticarәt vә sәnәtkarlıq mәhәllәlәrindәn, mәşhur Qeysәriyyә bazarından, hamam, karvansara vә s.-dәn ibarәt mәrkәzi şәhәr ansamblı tәşkil edirdi. Düzәnlik yerdә salınmış Ə.-in mәrkәzi şәhәr ansamblına yönәlәn geniş küçәlәri radial planlaşma sistemi әmәlә gәtirirdi. Üstündәn körpülәr salınmış Balıqlıçay, elәcә dә bir sıra kәhriz vә arxlar şәhәrin yaşıllığına vә mikroiqliminә mühüm tәsir göstәrirdi. Şeyx Sәfiәddin kompleksi vaxtilә Ə.-in memarlıq dominantı olmuşdur. Kompleksә sәkkizbucaqlı mәscid (13 әsr), Sәfәvilәr sülalәsinin banisi Şeyx Sәfiәddinin (1252–1334) qәbri üstündә tikilmiş türbә (14 әsr), Şeyx Sәfiәddin mәscidi (16 әsr), iki hәyәt vә onları birlәşdirәn keçid, giriş portalı (1648), Çinixana binası vә kitabxana daxildir. Şәhәrdә çoxlu mәscid olmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç