ƏRDƏBİLİ, Əlaәddin ( ) Ə b ü l - H ә s ә n Ə l a ә d d i n X a c ә Ə l i i b n S ә d r ә d d i n M u s a Ə r d ә b i l i (?, Ərdәbil – 1429, Qüds) –
sәfәviyyә şeyxi. Şeyx Sәfiәddinin nәvәsi, Şeyx Cüneydin babasıdır. Daha çox Xacә Əli kimi tanınan Ə. atasının vәfatından sonra (1392) tәriqәt mәrkәzi olan Ərdәbil tәkkәsindә irşad vәzifәsinә keçmişdir. Bәzi mәnbәlәrdә Əmir Teymurun 1402 ildә Ə.-ni ziyarәt etdiyi vә ondan tәsirlәndiyi, buna görә dә Ərdәbil ş.-ni kәndlәri ilә birlikdә vәqf kimi tәriqәtә bağışladığı qeyd edilir. Ə.-nin türk tәsәvvüf tarixindә mühüm yeri vardır. Hәm dә şair olan Ə.-nin şeirlәri Sәfәvilәr sülalәsi barәdә “Silsilәtün-nәsәbis-sәfәviyyә” kitabında yer alır. Ə. Əqsa mәscidi yaxınlığındakı Babürrәhmә qәbiristanlığında dәfn olunmuşdur.