ƏRDƏŞƏR, A r t a ş a t – İrәvan xanlığında Gәrnibasar mahalının (9.9.1930 ildәn Qәmәrli, 4.9.1945 ildәn Artaşat r-nu) düzәnlik hissәsindә, Gәrni çayının sol kәnarında azәrb.-ların yaşadığı kәnd. 1828–29 illәrdә bölgә Rusiya tәrәfindәn işğal edildikdәn sonra kәndә İrandan köçürülmüş xeyli ermәni yerlәşdirilmişdir. Sovet dövründә kәndin adı Artaşat olaraq rәsmilәşdirilmişdir. 4.9.1945 ildә r-n mәrkәzi olan Qәmәrli qәs.-nin adı dәyişdirilәrәk Artaşat, Artaşat (Ərdәşәr) k.-nin adı isә Verin (Yuxarı) Artaşat qoyulmuşdur.