ƏRDƏŞƏVİ – Azәrb. Resp. Laçın r-nunun Tәzәkәnd ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 14 km şm.-q.-dә, Ərdәşәvi çayı (Şәlvә çayının qolu) sahilindә, Qarabağ silsilәsinin c.-q. әtәyindәdir. Əh. 1345 (2015); işğaldan (1992, may) әvvәl heyvandarlıq, әkinçilik, bağçılıqla mәşğul olmuşdur. Orta mәktәb, musiqi mәktәbi, mәdәniyyәt evi, klub, poçt, rabitә qovşağı, kitabxana var idi.