ƏRDOĞAN Rәcәb Tayyib (türk. Recep Tayyip Erdoğan) (d. 26.2.1954, İstanbul) – Türkiyә siyasi vә dövlәt xadimi. Türkiyә Resp.-nın baş naziri (2003–14), Türkiyә Resp.-nın 12-ci prezidenti (2014 ildәn). Mәrmәrә Un-tinin iqtisadi vә ticari elmlәr fakültәsini bitirmişdir (1981). Ə. 1984 ildә Rifah partiyasının Bәyoğlu r-nu bölmәsinin başçısı, 1985 ildә isә partiyanın İstanbul bölmәsinin sәdri vә ali idarә orqanının üzvü seçilmişdir. Onun siyasi baxışlarına N.Ərbakan ciddi tәsir göstәrmişdi. 1991 ildә Ə. Rifah Partiyasından millәt vәkili olmuşdur. Lakin müxtәlif bәhanәlәr gәtirәrәk Yüksәk Seçim qurumu onun deputat mandatını lәğv etmişdi. 1994 ildә İstanbulbәlәdiyyәsinin sәdri (İstanbulun meri) vәzifәsini tutmuşdur. 1997 ildә Siirtdә keçirilәn mitinqdә oxuduğu bir şeirә görә xalqı dini vә irqi ayrı-seçkiliyә açıq şәkildә tәhrik etmәkdә ittiham olunaraq Diyarbәkir Dövlәt Tәhlükәsizlik Mәhkәmәsi tәrәfindәn 1 il hәbs cәzası almışdır. Fәzilәt Partiyasının konstitusiya mәhkәmәsi tәrәfindәn lәğv edilmәsindәn sonra, bitәrәf qalan millәt vәkillәri yeni partiya qurma cәhdlәrini “mühafizәkarlar” vә “islahatçılar” adı ilә iki qanadda davam etdirdilәr. “Mühafizәkarlar” adlandırılan qanad 2001 ildә Sәadәt Partiyasını qurarkәn “islahatçılar” da hәmin il Ə.-ın rәhbәrliyi ilә Ədalәt vә İnkişaf Partiyası (Adelet ve Kalkınma Partisi) yaratdılar. Ə. partiyanın sәdri seçildi. 2002 il seçkilәrindә ƏİP sәslәrin böyük çoxluğunu qazanaraq tәkbaşına iqtidara gәldi. Ə. Siirtdә keçirilәn tәkrar seçkilәrdә millәt vәkili seçildi. 2003 ildә Ə. 59-cu hökumәti quraraq Türkiyә Cümhuriyyә tinin baş naziri oldu. Ə. hökumәti Türkiyәdәki iqtisadi böhranı aradan qaldırdı, kәskin inflyasiyanın qarşısı alındı, ölkәnin iqtisadiyyatına xarici investorlar cәlb olundu. Eyni zamanda Ə. ölkәdә böyük korrupsiya qruplarını ifşa edәrәk mәhkәmә önünә çıxartdı. Ə. hökumәtinin pul siyasәti nәticәsindә 2002 ildәki 600 mln. dollarlıq xarici borc tamamilә aradan qaldırılaraq, 2012 ildә 48 mlrd. dollarlıq müsbәt saldoya çatdı. Ə. Kipr probleminin hәlli üçün atdığı siyasi addımlarla daha müsbәt dinamikaya nail oldu. Yaxın Şәrqdә İsrailin özbaşınalıqlarına qarşı daha hәssas olan Ə. hökumәti fәlәstinlilәrin demokratik yolla hakimiyyәtә gәtirdiyi hökumәtә qarşı beynәlxalq embarqodan narazılığını da bildirdi. Türkiyәnin Ermәnistanla әlaqәlәr qurmasını tәlәb edәn bәzi qüvvәlәrә qarşı dayanan Ə. hökumәti bu mәsәlәdә Azәrb. torpaqlarının işğaldan azad olmasını әsas şәrt kimi irәli sürdü. 2005 ildә Türkiyәnin Aİ-yә üzv olmasına dair rәsmi danışıqlar başlandı. 2014 ilin avqustun 10-da Türkiyәdә keçirilәn ilk birbaşa prezident seçkilәrindә Ə. ölkәnin prezidenti seçildi. 2016 ilin iyulun 15–16-da Türkiyә hәrbçilәrinin dövlәt çevrilişi cәhdi uğursuz oldu. Ə. Türkiyә ilә Azәrb. arasında dostluq vә qardaşlıq münasibәtlәrinin möhkәmlәndirilmәsindәki xidmәtlәrinә görә Heydәr Əliyev ordeni ilә tәltif edilmişdir (2014).