ƏRƏB DİLİ – әrәblәrin dili. Sami-hami dillәrinin Sami qolunun c. qrupuna daxildir. Ə.d.-ndә 240 mln.-a yaxın (2010) adam danışır. Tarixәn 3 inkişaf mәrhәlәsi keçirmişdir: qәdim, klassik vә müasir. Ə.d. islamdan әvvәlki dövrdә yaranmış şifahi poeziyada, hәmçinin Quranda sabitlәşmiş qrammatik quruluşa vә zәngin lüğәt tәrkibinә malik klassik dil kimi tәsbit edilmişdir. Sonralar bir-birindәn az-çox fәrqlәnәn әdәbi (klassik) dilә vә dialektlәrә ayrılmışdır. Müasir әrәb ölkәlәrindә dövlәt dili kimi qәbul edilmiş әdәbi dil ilә yanaşı, mәhәlli (ölkәlәr üzrә) dialekt vә şivәlәr dә mövcuddur. Ə.d.-ndә 28 samit, 3 qısa vә 3
uzun sait var. Sözlәrin kökü әsasәn 3, qismәn 4 samitdәn ibarәt olur. Flektiv dillәrdәndir. İsim, sifәt, feil vә s. daxili fleksiya vasitәsilә düzәldilir. Ə.d.-ndә cins vә kәmiyyәt kateqoriyaları, ismin adlıq, yiyәlik, tәsirlik halları, feilin xәbәr, arzu, şәrt, әmr, tәkid formaları var. Sintaktik әlaqәdә ön qoşmalar mühüm rol oynayır. İzafәt çox işlәnir, Ə.d.-ndәn bir sıra Şәrq vә Avropa dillәrinә, o cümlәdәn Azәrb. dilinә çoxlu söz keçmişdir. Ərәb yazısı 6 әsrdә yaradılmışdır. Ə.d. Azәrb. Resp.-nın bir sıra ümumtәhsil mәktәblәrindә, BDU-nun şәrqşünaslıq fakültәsindә vә bәzi başqa un-tlәrdә tәdris olunur; AMEA-nın M.Füzuli ad. Əlyazmalar İn-tunda vә Şәrqşünaslıq İn-tunda tәdqiq edilir.