Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏRƏB İSTİLALARI

    ƏRƏB İSTİLALARI, ә r ә b i ş ğ a l l a r ı – 7–9 әsrlәrdә müsәlman icmasının rәhbәrliyi ilә Ərәbistan y-a tayfalarının hәrbi yürüşlәri. Ə.i. Yaxın vә Orta Şәrqdә, Şimali Afrikada vә Cәnub-Qәrbi Avropada әrәb hökmranlığının bәrqәrar olmasına gәtirib çıxardı. Ərәbistanda әhalinin artması, әhali arasında qәbilә-tayfa quruluşunun tәnәzzülü vә islam dövlәtinin meydana gәlmәsi Ə.i. üçün zәmin yaratmışdı. Ərәbistan müsәlmanlarının qonşu әrazilәrә hücumları hәlә Mәhәmmәdin dövründә qeydә alınmışdı, lakin sistemli Ə.i. 630–650-ci illәrdә başladı. 633 ildә әrәb tayfalarının qoşunları Suriyaya, Fәlәstinә vә Cәnubi İraqa hücum etdi. Suriyada Dәmәşqi әlә keçirәn (sentyabr, 635) әrәblәr böyük Bizans korpusu qarşısında İordan çayına doğru çәkildilәr. İordan çayının qolu olan Yarmuk çayı yaxınlığındakı hәlledici döyüşdә (20.8.636) әrәblәr qәlәbә çalaraq yenidәn Dәmәşq vә Qüdsü (638) әlә keçirdilәr. İraqda әrәb dәstәlәri Sasanilәrin ordusu üzәrindә Kadisiya yaxınlığındakı döyüşdә (31.5.–1.6.637) hәlledici qәlәbә qazandılar vә Sasanilәrin paytaxtı Ktesifona daxil oldular. 642 ildә isә onlar şah ordusuna qarşı Nәhavәnd yaxınlığındakı döyüşdә İranın taleyini hәll etdilәr. Sasanilәr dövlәtinin süqutu İranın işğalını asanlaşdırdı. 651 ildә Sasanilәrin Amudәrya çayına qәdәr olan torpaqları Xilafәtin tәrkibinә qatıldı. Paralel olaraq Cәnubi Qafqazda ekspansiya genişlәnirdi. 652 ildә Ermәnistan, 654 ildә isә Şәrqi Gürcüstan fәth edildi. Hәlә Suriyanın işğalı zamanı әrәb işğalçıları Misir istiqamәtindә irәlilәdilәr, 640 ildә Fәrәmanı (Pelusi) tutdular. 641 ildә isә bizanslıların Babildәki (indiki Qahirә yaxınlığında) qarnizonu tәslim oldu. 642 ildә Bizans hökumәti müqavilәyә әsasәn İsgәndәriyyәni әrәblәrә verdi. Buradan әrәblәr Aralıq dәnizinin c. sahillәri vasitәsi ilә Bәrkә vә Tripolitaniyaya hücumlar edirdilәr. Ərәblәr silah vә hәrbi sursat baxımından rәqiblәrindәn geri qalsalar da, aralarındakı uzunmüddәtli müharibәlәr (602–629) nәticәsindә Bizansın vә Sasanilәr dövlәtinin hәrbi vә siyasi cәhәtdәn zәiflәmәsi Ə.i.-nı әhәmiyyәtli dәrәcәdә asanlaşdırdı. Bizans vә Sasanilәr dövlәtinin dini vә vergi siyasәtindәn narazı olan Suriya, İraq vә Şimali Afrikanın әhalisi isә әrәblәrә müqavimәt göstәrmir vә onlarla razılaşmalar bağlayır, bu sәbәbdәn әrәblәr hücumla tuta bilmәdiklәri möhkәmlәndirilmiş şәhәrlәri әlә keçirirdilәr. 7 әsrin ortalarında Ə.i. Xilafәtdә dinisiyasi mübarizәnin kәskinlәşmәsi vә Əmәvilәrin hakimiyyәtә gәlmәsi ilә әlaqәdar dayandı. Ə.i.-nın ikinci mәrhәlәsi (7 әsrin sonu – 8 әsrin 30-cu illәri), әsasәn, Şimali Afrikanı әhatә edirdi. Burada 8 әsrin әvvәllәrindә istilaçılar yerli bәrbәr tayfaları ilә ittifaqa girәrәk sahilyanı zolağı tutdular. 711 ildә әrәb-bәrbәr dәstәlәri Pireney y-ana gәlib çatdılar. Vestqotları darmadağın edәrәk onlar Kordova, Toledo vә Malaqa şәhәrlәrini tutdular. 718 ildә Pireney y-a (Asturiya, Qalisiya vә Baskoniya vil.-lәri istisna olmaqla) әrәblәrin әlinә keçdi. İstilaçıların şm.-a doğru hәrәkәti Qalliyada Puatye yaxınlığında döyüşdә (4.10.732) franklar tәrәfindәn dayandırıldı. 711–713 illәrdә әrәblәr ş.-dә Sindi işğal etdilәr vә Multan ş.-ni tutdular. Abbasilәr dövründә (8 әsrin ikinci yarısı) iri Ə.i. dayandırılsa da, Ön Asiyada әrәblәrin Bizansa qarşı hücum әmәliyyatları 10 әsrәdәk davam etdi. Ərәblәrin Azәrb.-a ilk hücumu 643 ildә Xәlifә Ömәrin [634–644] hakimiyyәti dövründә baş verdi. Dәstәbә adlanan yerdә (Hәmәdan–Rey vil.-lәri) Azәrb. mәrzbanı İsfәndiyar ibn Fәrruxzadla döyüşü әrәblәrin qәlәbәsi ilә nәticәlәndi. Cәrimәdan d. yanında (Ərdәbildәn bir qәdәr aralı) baş verәn vuruşmada da әrәblәr qalib gәldilәr.  Ərәblәrin sonrakı qәlәbәlәri dә azәrb.-ları onlarla sülh bağlamağa mәcbur etdi. Müqavilәyә әsasәn Xilafәtin siyasi hakimiyyәti tanınır, Azәrb. әhalisinin әvvәlki dini etiqadını saxlayan hissәsi cizyә ödәmәli idi. Ərәblәr isә yerli әhalinin әmlakına, dini icmalarına, qanun-qaydalarına aman vermәyi öhdәlәrinә götürdülәr. Ərdәbili tutduqdan sonra Dәrbәndi әlә keçirmәk mәqsәdilә Xilafәt ordusu Xәzәr sahili ilә şm.-a doğru irәlilәdi. Döyüşsüz tәslim olan dәrbәndlilәr sülh müqavilәsinә әsasәn mühüm imtiyaz әldә etdilәr. Hәmin il Cәnubi Qafqazın bir çox yerlәrinә, o cümlәdәn Muğana göndәrilәn әrәb dәstәlәri şiddәtli müqavimәtlә üzlәşdilәr; yalnız Muğanla sülh müqavilәsi bağlandı. Bundan sonra şm.-a doğru hücumu davam etdirәn әrәb qoşunu Dәrbәndi ötәrәk, xәzәrlәrin torpaqlarına daxil oldu vә Beyda ş.-ni әlә keçirdi. Yeni xәlifә Osmanın [644–656] dövründә növbәti hücumların birindә әrәblәr Bәlәncәr yaxınlığında mәğlub oldular. Bununla әrәblәrin Azәrb.-a birinci yürüşü başa çatdı. Xәlifә Ömәrin ölümü ilә mәrkәzdә baş
    verәn siyasi sәbatsızlıqdan istifadә edәn azәrb.-lar üsyan etdilәr. Xәlifә Osmanın әmri ilә Azәrb.-a ikinci yürüş başlandı. Azәrb.-ın c. torpaqları yenidәn әrәblәrin әlinә keçdi. Albaniya (Arran) әrazisindә isә Bәrdәnin işğalından sonra Kürün sağ sahilindәki (Arsax, Uti, Sakasena, Şәmkir vә s.) vә sol sahilindәki torpaqlar (Qәbәlә, Şәki, Şirvan, Lakz, Tәbәrsaran vә s.) işğal edildi, yerli hakimlәrlә müqavilә bağlandı. Dәrbәnd yenidәn fәth olundu. 652/53 ildә xәzәrlәrlә döyüşdә әrәblәr mәğlub olaraq Azәrb.-ın çox hissәsini itirsәlәr dә, on ildәn artıq müqavimәtdәn sonra Azәrb.-ın şm. hissәsi Ərәb xilafәtindәn asılı vәziyyәtә düşdü. Bizans, Xilafәt vә Xәzәr xaqanlığı arasında mövcud mürәkkәb şәraitdә Albaniya  hökmdarı Cavanşirin hәyata keçirdiyi çevik siyasәt nәticәsindә Albaniya daxili müstәqilliyini saxlaya bildi. Lakin Cavanşirin öldürülmәsindәn sonra vәziyyәt kәskinlәşdi. 692 ildә әrәblәr Bizansla Xilafәt arasında 80-ci illәrin sonlarında bağlanmış sülhü pozaraq, Şam üzәrinә hücum edib qalib gәldilәr, bu, onların Qafqazda möhkәmlәnmәsi ilә nәticәlәndi (әtraflı bax “Azәrbaycan” cildi). Ə.i. bir çox ölkә vә xalqların etnik tarixindә dәrin iz qoydu. Onların әsas nәticәsi fәth olunmuş әrazilәrdә әhalinin (farslar, türklәr, aramilәr, finikiyalılar, misirlilәr, bәrbәrlәr vә b.) әrәblәşdirilmәsi oldu. Bu xalqlar arasında tәdricәn әrәb dili, islam dini, әrәblәrin maddi vә mәnәvi mәdәniyyәtinin müxtәlif elementlәri yayılırdı. Eyni zamanda әrәblәr tabe etdiklәri xalqların tәsәrrüfat, hәrbi vә mәdәni nailiyyәtlәrini mәnimsәdilәr, bu, dünya sivilizasiyasının inkişafına әhәmiyyәtli töhfә verәn әrәb-müsәlman mәdәniyyәtinin formalaşmasına gәtirib çıxardı. Xilafәtin parçalamasından sonra işğal edilmiş әrazilәrin böyük hissәsindә müstәqil dövlәtlәr yarandı.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç