ƏRƏB LEGİONU – 1921 ildә Transiordaniyanın mandatlı ingilis orqanlarının yaratdığı nizami silahlı qüvvәlәr. Əsasәn polis funksiyasını (ictimai asayişin qorunması, bәdәvilәrin basqınlarına qarşı mübarizә vә s.) yerinә yetirirdi. Könüllülük әsasında komplektlәşdirilirdi, ingilis subsidiyası hesabına saxlanılırdı. Ə.l.-nun faktiki baş komandanları ingilis zabitlәri (1921–39 – polkovnik F.C.Pik; 1939–56 – gen. C.B.Qlabb) idi. Ə.l.-nun sayı 1921 ildә 100 nәfәrdәn 1949 ildә 6 min, 1956 ildә 23 min nәfәrә çatmışdı. Ə.l.-nun bölmәlәri İkinci dünya müharibәsindә (İraqda, Livanda, Suriyada), hәmçinin Ərәb–İsrail müharibәsindә (1948–49) iştirak etmişdilәr. İordaniya xalqının milli azadlıq mübarizәsinin yüksәlişi dövründә (1956, mart) Ə.l.-nda komandanlıq İordaniya zabitlәrinin әlinә keçdi. 1956 ilin iyulunda Ə.l. Milli qvardiya ilә birlәşdirilmiş vә İordaniya Ərәb Ordusu adlandırılmışdır.