ƏRƏB RƏQƏMLƏRİ – onluq say sistemindәki 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 riyazi işarәlәrinin adı. Bu say sistemindә istәnilәn әdәdi Ə.r. ilә yazmaq olar. Ə.r. Hindistanda (tәqr. 5 әsrdә) yaranmış, 8–9 әsrlәrdә әrәblәrә vә onlardan da 10–13 әsrlәrdә Avropaya keçmişdir. Bir çox dәyişikliyә mәruz qalmış vә 16 әsrdә indiki şәkli almışdır.