Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏRƏB YAZISI

    ƏRƏB YAZISI – әrәblәrin, hәmçinin bir sıra digәr müsәlman xalqlarının yazı sistemi. Müvafiq dәyişikliklәr edilmәklә İran, İraq (kürdlәr), Əfqanıstan, Pakistan vә Hindistanda (urdudilli әhali, braqu vә kәşmirlilәr), ÇXR-dә (uyğurlar), Kambocada (çamlar) vә Vyetnamın q. rayonlarında yaşayan müsәlmanlar tәrәfindәn istifadә edilir. 20 әsrin әvvәllәrinәdәk Malayziya, Filippin vә İndoneziyada (Yava, sundan vә Bali dillәri), Afrikada (suahili, Somali, fula, hausa dillәri), Türkiyәdә, hәmçinin Belarus tatarları, Serbiya, Xorvatiya әrazisindә yaşayan bosniyalılar, afrikaans dilindә danışan kaplar, 1920-ci illәrәdәk isә qazaxlar, qırğızlar, taciklәr, tatarlar, türkmәnlәr, özbәklәr vә Dağıstan dillәrindә danışan bir sıra xalqlar tәrәfindәn işlәnmişdir. Azәrb.-da 1929 ilәdәk әrәb qrafikası әsasında tәrtib olunmuş әlifbadan istifadә edilmişdir. Ə.y.-nın qaynağı nәbati xәttidir (e.ә. 2 әsrdәn – b.e.-nın 2 әsrinәdәk Nәbatiyyә çarlığında yayılmışdı) ki, onun kökü suriya-arami yazısına (qәdim arami) gedib çıxır. Sinay y-a-nın şm.-da mәskunlaşan әrәbdilli әhali 4–6 әsrlәrdәn sonra da bu yazıdan istifadә etmişlәr (әn-Nәmar, 328; Zebedә, 512, mәbәdlәri). Ərәb dilçiliyi әnәnәsinә görә, әsl Ə.y. 6 әsrin әvvәllәrindә Lәhm padşahlığının paytaxtı Hirada (İraqın Kufә ş.-ndәn 5 km. c.-da yerlәşir) tәşәkkül tapmış, oradan Qәrbi Ərәbistana, Hicaz bölgәsinә, Mәkkә vә Mәdinә şәhәrlәrinә keçmişdir. Ə.y.-nın sonrakı inkişafı 7 әsrin ortalarında Quranın yazıya alınması ilә bağlıdır. Ərәb әlifbasında  samitlәri  ifadә  etmәk  üçün 28 hәrf  vardır  ki, bunlardan 3-ü (әlif – ا, vav – و, yә – ى) uzun saitlәri ifadә edir. Ərәb hәrflәrinin çoxu sözdәki yerinә görә 2, 3 vә ya 4 cür yazılır: öndә, ortada, sonda vә ayrılıqda. Yazı istiqamәti sağdan soladır. Ərәb xәttinin bir sıra növlәri vardır ki, bunlardan 6-sı daha çox yayılmışdır: kufi (dekorativ-naxış tipli), nәsx, divani, süls, rüqә, reyhani. İlkin yazılı nümunәlәr 7 әsrin 2-ci yarısına aid papirusda yazılmış sәnәdlәrdir. Dәri üzәrindә yazılmış әn qәdim Quran  cüzlәri 8  әsrә  aid edilir. Quranın әn qәdim әlyazması 10 әsrdә papirusa vә 11 әsrdә kağıza yazılmış nüsxәlәrdir. Müsәlman mәdәniyyәtindә vә müsәlman incәsәnәtindә Ə.y.-ndan bәdiitәtbiqi sәnәt vasitәsi kimi (tikililәrin, qabların, xalçaların, parçaların, әlyazma kitabların vә s. bәzәdilmәsindә) istifadә olunmuşdur.

    Яряб йазысы.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç