ƏRƏB–AMERİKA NEFT ŞİRKƏTİ – Sәudiyyә Ərәbistanının milli neft şirkәti (“Saudi Aramco”). 1933 ildә Sәudiyyә Ərәbistanı hökumәtinin Amerikanın “Standart Oil of California” neft şirkәti ilә konsessiya sazişi nәticәsindә yaranmışdır. Neft hasilatı göstәricisi vә neft ehtiyatları miqdarına görә dünyanın әn iri neft şirkәtidir; mәnzil-qәrargahı Dahranda yerlәşir. İşçilәrin sayı 54,8 min nәfәrdir (2010).
Şirkәtin fәaliyyәti Sәudiyyә Ərәbistanı hökumәti tәrәfindәn nәzarәtdәdir. “Saudi Aramco” tәqr. 260 mlrd. barel neft ehtiyatına malik olan yataqlara, ölkә әrazisindә tәbii qazın hasilinә nәzarәt edir (Sәudiyyә Ərәbistanı ehtiyatlarının 99%-i) vә müasir neft-qaz emalı z-dlarına malikdir. Çin, Yaponiya, Filippin, Koreya Resp., Sinqapur, BƏƏ, ABŞ vә B.Britaniyada filialları, birgә müәssisәlәri vә törәmә şirkәtlәri var. Şirkәtә müasir supertankerlәr donanması mәxsusdur. “Saudi Aramco”nun Rusiyanın “LUKoyl” neft şirkәti ilә birgә müәssisәsi var (“Lukoil Saudi Arabian Energy Ltd.”, LUKSAR).
Şirkәtin mәlumatlarına görә, 2006 ildә hasilatın hәcmi günә 8,9 mln. barel (ildә 443,1 mln. t neft) olmuşdur. Neftin böyük hissәsi neft hasilinin ilkin vә tәkrar üsullarının (su doldurulması vә tәzyiqin saxlanılmasının digәr üsulları) istifadәsi ilә hasil edilmişdir.