ƏRƏBCƏBİRLİ – Azәrb. Resp. Göyçay r-nunun eyniadlı kәndi әrazisindә orta әsrlәrә aid yaşayış yeri. 1973 ildә tәsәrrüfat işlәri görülәrkәn Ə.-dәn 4–8 әsrlәrә aid küp qәbirlәr aşkar edilmişdir. Qәbirlәrdәn mis, tunc, gümüş vә qızıldan hazırlanmış, üzәrindә bolluq rәmzi olan ilan simvollu sinә bәzәklәri, bilәrziklәr, üzüklәr, sırğalar, muncuqlar, müxtәlif formalı şüşә qablar tapılmışdır. Materialların әksәriyyәti yerli istehsal mәhsuludur. Ə.-nin q.-indә aşkar olunmuş sonrakı dövrlәrә aid qәbirlәrdәn isә Tәbriz vә Tiflisdә zәrb edilmiş (13 әsr) Hülaku sikkәlәri tapılmışdır.