ƏRƏBDOVŞANILAR (Dipodidae), әrәbdovşanıkimilәr – gәmiricilәr dәstәsindәn mәmәli heyvan fәsilәsi. Bәdәninin uz. 5,5–25 sm-dir; quyruğu bәdәnindәn uzundur, çox vaxt ucunda qara-ağ rәngli yastı fırça kimi tük olur. Uzunsov pәncәsi vә qısa yan barmaqları (bәzilәrindә yoxdur) olan arxa әtrafları ön әtraflardan uzundur. Ə.-ın bir çoxu ancaq arxa ayaqlar üzәrindә hoppanmaqla hәrәkәt edir. Adәtәn, Avrasiya, Şimali Afrika vә Şimali Amerikanın dağ vә düzәnliklәrindәki açıq landşaftlarda yaşayırlar. 14 cinsә aid 30-adәk növü var. Ə. qış yuxusuna gedir; gecә vә ya alatoranlıqda fәal olurlar. Bitkilәrin yeraltı hissәlәri vә toxumlarla qidalanır, ildә 1–2 nәsil verirlәr. Bәzi Ə. qumbәrkidici bitkilәri zәdәlәyir vә bir sıra xәstәlik törәdicilәrini yayırlar. Qazıntı qalıqları Oliqosendәn mәlumdur.
Бюйцк ярябдоvшаны (Allactaga major).