ƏRƏBXANA – Azәrb. Resp. Kürdәmir r-nunun Mollakәnd ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 22 km c.-da, Ağsu–Bәhrәmtәpә avtomobil yolu kәnarında, Kür çayının sol sahilindә, Şirvan düzündәdir. Əh. 1089 (2015); әkinçilik, quşçuluq vә maldarlıqla mәşğuldur. Tam orta mәktәb, kitabxana, poçt var.