Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏRƏB-XƏZƏR MÜHARİBƏLƏRİ

    ƏRƏB-XƏZƏR   MÜHARİBƏLƏRİ  – 8 әsrdә Cәnubi Qafqazda, o cümlәdәn Azәrb.-da möhkәmlәnmәk uğrunda әrәblәrlә xәzәrlәr arasında mübarizә. 8 әsrin әvvәllәrindә özünün әn qüdrәtli dövrünü yaşayan Ərәb xilafәtinin әsas rәqiblәrindәn olan Bizans mövcud hәrbi-siyasi vәziyyәtlә әlaqәdar Qafqazdakı mövqelәrini әldәn vermişdi. Belә şәraitdә Azәrb.-da möhkәmlәnmәk üçün әrәblәrә yalnız onları dәfәlәrlә ağır vәziyyәtә salmış xәzәrlәr üzәrindә qәlәbә lazım idi. Bu mәqsәdlә xәlifә I Validin [705–715] qardaşı Mәslәmә ibn Əbdülmәlik Cәnubi Qafqaza, xәzәrlәrin әlә keçirdiyi Dәrbәndә göndәrildi (707/08).

    Ərәb qoşunu yalnız 714 ildә böyük çәtinliklә Dәrdәndi tutsa da, Mәslәmәnin qәlәbә müjdәsi ilә Dәmәşqә getmәsi xәzәrlәrin yenidәn Dәrbәndә qayıtmasına sәbәb oldu. Xәlifә II Ömәrin [717–720] vә xәlifә II Yәzidin [720–724] dövründә xәzәrlәrlә әrәblәr arasında bu vә ya digәr tәrәfin üstünlüyü ilә keçәn bir sıra döyüşlәr baş verdi. Xәzәrlәrin 730/31 il yürüşü Xilafәt üçün xüsusilә tәhlükәli oldu. Xaqanın oğlu Barsbәyin başçılığı ilә 300 minlik xәzәr ordusu Varsanı tutaraq, Ərdәbilin әtrafında Savalan dağı yaxınlığında baş verәn vuruşmada da әrәb ordusunu mәğlubiyyәtә uğratdı. Uzun mühasirәdәn sonra Ərdәbili әlә keçirәn xәzәrlәr sonradan Diyarbәkir vә Mosuladәk irәlilәdilәr. Xilafәt üçün yaranmış bu tәhlükә xәlifә Hişamı [724–743] bütün qüvvәlәri sәfәrbәrliyә almağa, xәzәrlәrә qarşı yeni ordu yaratmağa mәcbur etdi. Ərәb qoşunlarının yeni başçısı Sәid әl-Hәraşi “müqәddәs” müharibәdә (c i h a d ) iştirak üçün bütün müsәlman könüllülәrini öz ordusuna çağırdı. Ərәblәr Xilat vә s. qalalarda yerlәşәn xәzәr qarnizonlarını mәhv edib, Bәrdәni mühasirәyә aldılar. Gәrgin vuruşmadan sonra xәzәrlәr mәğlubiyyәtә uğradılar. Ərәblәr Beylәqan vә Varsan şәhәrlәrini tutaraq, xәzәrlәri c.-a çәkilmәyә mәcbur etdilәr. Könüllülәrlә birlәşmiş әrәb qoşunları ilә Barsbәyin başçılıq etdiyi xәzәr dәstәlәri Bәrzәnddә üz-üzә gәldilәr. Bu dәfә dә xәzәrlәr mәğlub olub geri çәkildilәr. Muğan düzündә baş vermiş döyüşdә dә birlәşmiş xәzәr dәstәlәri basıldı, Barsbәy öldürüldü. Sәid xәzәrlәri Şirvanadәk tәqib etdi. Hәmin il xәlifә Hişamın qardaşı Mәslәmә yenidәn Azәrb. vә Ərminiyyәyә vali tәyin olundu. Bәrdәyә gәlәn Mәslәmә Şirvana keçib, әrәblәrә tabe olmaq istәmәyәn Şabran qalasını uzun mühasirәdәn sonra tutdu, qala müdafiәçilәri qılıncdan keçirildi. Dәrbәndә yollanan Mәslәmә şәhәr qalası yaxınlığında düşәrgә saldı. Onu qarşılayan şәhәr hakimi әrәblәrә vergi vermәyi öhdәsinә götürdü. Dәrbәnddәki xәzәr qarnizonuna isә şәhәrdәn maneәsiz çıxıb getmәk icazәsi verildi.

    731/32 ildә Mәslәmә xәzәrlәrin Sәmәndәr ş.-nәdәk irәlilәdi, lakin xәzәrlәrin yenidәn hücuma hazırlaşdıqlarından xәbәr tutaraq, Dәrbәndә doğru geri çәkildi. Dәrbәnd yaxınlığındakı ağır vuruşmada әrәblәr qalib gәldilәr. Xilafәtin şm. sәrhәdlәrindә әrәblәrin mövqeyini möhkәmlәtmәk üçün Mәslәmә Dәrbәndә Dәmәşqdәn, Himsdәn, elәcә dә Fәlәstin, Şam vә әl-Cәzirәnin ayrıayrı  yerlәrindәn  gәlmiş  minlәrlә  әrәbi yerlәşdirib, Suriyaya qayıtdı. Mәrvan ibn Mәhәmmәd Dәrbәnddә müsәlman icmasının başçısı tәyin olundu. 732/33 ildә Azәrb., Ərminiyyә vә әl-Cәzirәnin amili vәzifәsi dә ona tapşırıldı. Mәslәmәnin getmәsindәn xәbәr tutan xәzәrlәr yenidәn Dәrbәnddәn şm.-dakı torpaqlara qayıtsalar da, Mәrvan 40 minlik әrәb ordusu ilә Bәlәncәrә hücum edib, onları mәğlubiyyәtә uğratdı.

    737 ildә Mәrvan Dәrbәnd ş.-nin rәisi Useyd әs-Sulәminin başçılığı ilә әrәb qoşunlarının bir hissәsini Sәmәndәr istiqamәtinә göndәrdi, özü isә yol üstündәki bütün qala vә yaşayış yerlәrini tutaraq, Dәryal keçidi vasitәsilә Xәzәr xaqanlığının torpaqlarına girdi. Sәmәndәr yaxınlığında birlәşәn әrәb ordusu xaqanın yaşadığı Beyda ş.-nә hücum edib, xәzәrlәri vә onlarla qonşu olan sәqlәb tayfalarını mәğlubiyyәtә uğratdı. Xәzәr xaqanı aman istәmәyә vә islamı qәbul etmәyә mәcbur oldu. Mәrvan әsir götürdüyü 40 min xәzәr ailәsi ilә Arrana qayıtdı vә onları Samurla Şabran çayları arasında yerlәşdirdi. 738 ilin yazında Mәrvanın başçılıq etdiyi әrәb ordusunun Şәki yaxınlığındakı “dağlı hökmdarları”na qarşı uzunmüddәtli ağır yürüşü uğurla nәticәlәndi. 741 ildә Şirvanı keçәrәk Muğan, Gilan vә Deylәmә hücum edib, qәnimәt vә әsirlәrlә geri dönәn Mәrvan yolüstü Bәrdәni tutdu. Belәliklә, әrәblәrin Qafqazda, elәcә dә Azәrb.-da hakimiyyәti yenidәn möhkәmlәndi. Sonrakı 20 ildә әrәblәr xәzәrlәri öz nәzarәtlәri altında saxladılar. Yalnız Əmәvilәr devrildikdә (750) Xilafәtdә baş verәn qarışıqlıqdan istifadә edәn xәzәrlәr Bizansın tәhriki ilә paytaxtlarında olan Xilafәt nümayәndәsini öldürdülәr vә bu yolla müvәqqәti müstәqillik qazandılar.

    Xilafәtdәki hәrc-mәrclikdәn yararlanan Bizans 752 ildә sәrhәd bölgәsindә olan bir sıra şәhәrlәri tutaraq, Cәnubi Qafqazda diplomatik vә siyasi fәallığının güclәnmәsi ilә vәziyyәti öz xeyrinә dәyişdi. 759 ildә xәlifә Mәnsurun [754–775] Azәrb. vә Ərminiyyәyә hakim tәyin etdiyi Yәzid әsSulәmi Dәryal keçidini tutub orada әrәb qarnizonu yerlәşdirdi. Bizansa meyil edәn xәzәrlәri tәhlükәsizlәşdirmәk vә hücumlarının qarşısını almaq mәqsәdilә Yәzid xaqanın qızı Xatunla evlәndi. Lakin iki il sonra Xatunun ölmәsi xәzәr–әrәb münasibәtlәrini yenidәn kәskinlәşdirdi. Xatunun ölümündә Yәzidi vә onun yaxın adamlarını günahlandıran xәzәrlәr 763/64 ildә böyük bir qoşunla hücuma keçәrәk Şәki, Kambisena, Xozmas (Xaçmaz) vә s. yerlәri, Balasakan düzünü (Mil vә Muğan düzlәri), hәmçinin Gürcüstanın bir sıra şәhәr vә qalasını tutdular. Lakin Dәrbәndin müdafiәsini yara bilmәyәn xәzәrlәr Cәnubi Qafqazı tәrk etdilәr.

    Xәzәrlәrin Arrana hücumları 8 әsrin sonlarından yenidәn güclәndi. Onlar buradakı әrәb dәstәlәrini mәğlubiyyәtә uğradaraq 100 mindәn çox әsir apardılar. Yalnız әsrin axırıncı ilindә, xәlifә Harun әrRәşidin [786–809] dövründә baş verәn vә xәzәrlәrin qәlәbәsi ilә başa çatan döyüşdәn sonra әldә edilmiş barışıq nәticәsindә onların Cәnubi Qafqaza yüz ildәn çox davam edәn yürüşlәrinә, demәk olar ki, son qoyuldu.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç