Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏRƏB-İSRAİL MÜHARİBƏLƏRİ

    ƏRƏB-İSRAİL  MÜHARİBƏLƏRİ  – 1940–80-ci illәrdә İsrail ilә әrәb dövlәtlәri arasında silahlı münaqişәlәr.

    Ə. – İ. m. (1 9 4 8 – 4 9) İordaniya, Misir, Suriya, İraq, Livan, Sәudiyyә Ərәbistanı vә Yәmәn ilә İsrail arasında baş vermişdir. Fәlәstinin yәhudi vә әrәb dövlәtlәrinә bölünmәsi barәdә BMT Baş Assambleyasının 1947 il 29 noyabr tarixli qәtnamәsinin hәyata keçirilmәsi planına cavab olaraq başlandı. Bu plan әrәb dövlәtlәrinin başçıları tәrәfindәn rәdd edildi. 1948 il mayın 14-dә Fәlәstin üzәrindә Britaniya mandatının müddәti bitdi vә burada İsrail dövlәti elan olundu. Mayın 15-dә Ərәb legionu da daxil olmaqla әrәb qoşunları Fәlәstinә girdi. 1948 ilin yay– payızında әrәb qoşunlarının döyüş bacarığının aşağı olması vә әrәb dövlәtlәrinin liderlәri arasındakı ziddiyyәtlәr sәbәbindәn İsrail bir-birinin ardınca rәqiblәrini mәğlubiyyәtә uğratdı. 1949 il yanvarın 7-dә atәşkәs haqqında saziş imzalandı. Ə.–İ.m. (1948–49) nәticәsindә İsrail әrәb dövlәtinin yaradılması üçün nәzәrdә tutulmuş Fәlәstin әrazisinin 6,7 min km2-ni (11 min km2-dәn), hәmçinin Qüds ş.-nin bir hissәsini zәbt edәrәk BMT-nin qәrarına әsasәn İsrail üçün müәyyәnlәşdirilmiş әrazini tәqr. 48% genişlәndirdi. Qәzza bölgәsi Misirin nәzarәti altında qaldı; İordaniya İordan çayının q. sahillәrini vә Qüdsün ş. hissәsini ilhaq etdi; 960 min (müharibәyәqәdәrki 1 mln. 350 min nәfәr әrәb әhalisindәn) Fәlәstin әrәbi qaçqına çevrildi. Belәliklә, qonşu әrәb ölkәlәrindә olduqca ağır şәraitdә yaşayan Fәlәstin qaçqınlarının problemi meydana çıxdı. İsrailin Fәlәstin qaçqınlarının vәtәnә qayıtması vә vәtәnә qayıtmaq istәmәyәn şәxslәrin әmlakının әvәzinin ödәnilmәsi haqqında BMT Baş Assambleyasının 1948 il 11 dekabr tarixli qәrarını yerinә yetirmәmәsi, hәmçinin müharibә nәticәsindә meydana çıxan digәr problemlәrin hәll edilmәmәsi Yaxın Şәrqdә çox mürәkkәb vә tәhlükәli vәziyyәtin yaranmasına sәbәb oldu.

    Ə. – İ. m. (195 6),  “Süveyş  böh r a n ı”. C.Ə.Nasir hökumәtinin Süveyş kanalını millilәşdirmәsindәn sonra İsrail B.Britaniya vә Fransa ilә birlikdә Misirә qarşı tәcavüzә  başladı (30  oktyabr –  7 noyabr). Müharibәnin gedişindә İsrail Sinay y-a-nı, ingilis–fransız silahlı qüvvәlәri isә Port-Sәid ş.-ni әlә keçirdilәr. B.Britaniya, Fransa vә İsrailin hәrәkәtlәrinin BMT tәrәfindәn qәti şәkildә pislәnmәsi, SSRİ vә ABŞ administrasiyalarının tәzyiqlәri nәticәsindә B.Britaniya vә Fransa 1956 ilin dekabrında, İsrail isә 1957 ilin martında öz qoşunlarını Misirdәn çıxarmağa mәcbur oldu. Misir–İsrail barışıq xәttinә BMT silahlı qüvvәlәri yerlәşdirildi.

    Ə. – İ. m. (1 9 6 7), “A ltı gün lük müharib ә” İsrail ilә Misir, İordaniya, Suriya arasında baş vermiş, iyunun 5-dәn 10-dәk davam etmişdi. 1967 ilin yayında Yaxın Şәrqdә olduqca gәrgin vәziyyәt yaranmışdı. Misir, Suriya vә İordaniya İsrailә qarşı birgә müharibәyә hazırlaşırdılar. İsrail “tәhlükәsiz sәrhәdlәr” yaratmaq mәqsәdilә әrәb dövlәtlәrinә qarşı müharibәnin vacibliyi ideyasını fәal surәtdә tәbliğ edirdi. 1967 il iyunun 5-dә İsrail aviasiyası Misir, Suriya vә İordaniya aerodromlarına qabaqlayıcı zәrbәlәr endirmәklә, әrәb HHQ-nin çox hissәsini sıradan çıxardı. Havadakı üstünlüyündәn yararlanan İsrail silahlı qüvvәlәri Sinay y-a-ndakı Misir qoşunlarını darmadağın edәrәk Qәzza bölgәsini, Sinay y-a-nı, İordan çayının q. sahillәrini vә Suriyanın Holan yüksәkliklәrini әlә keçirәrәk işğal olunmuş әrazilәrdәn kütlәvi surәtdә әrәb әhalisini qovmağa başladı. 1968–73 illәrdә İsrail cәbhәyanı rayonlarda lokal hәrbi әmәliyyatları (“qüvvәdәnsalma müharibәsi”) davam etdirirdi. 1970–72 illәrdә Misir tәrәfindә sovet HHQ vә HHM bölmәlәri dә iştirak edirdilәr.

    Ə. – İ. m.  (197 3) ,  “Oktyabr  müharibәs i”, “Qiyamәt günü m ü haribәs i” oktyabrın 6-dan 25-dәk Misir, Suriya ilә İsrail arasında baş vermişdir. Sәbәb әrәb dövlәtlәrinin 1967 il mәğlubiyyәtinin әvәzini çıxmaq cәhdi idi. Misir qoşunlarının әn uğurlu әmәliyyatı Süveyş kanalını keçmәsi vә İsrailin “Bar-Lev müdafiә xәtti”nin yarılması (6–10 oktyabr) idi. Lakin Sinay y-a-nda uğurlarını davam etdirmәyәn Misir komandanlığı tәşәbbüsü әldәn verdi. Bu da öz növbәsindә İsrail ordusuna Suriyanın Holan yüksәkliklәrinә hücumunu dәf etmәyә vә Misir qoşunlarını mәğlubiyyәtә uğratmağa imkan yaratdı. Hәr bir tәrәf müharibәdә özünü qalib elan etdi. 1970-ci illәrin ikinci yarısında Misir prezidenti Ə.Sәdat İsraillә barışığa gedәrәk 1979 ilin martında Vaşinqtonda separat sülh müqavilәsi imzaladı. Bu müqavilәyә görә, İsrail Sinay y-a-nı Misirә qaytardı, Misir isә İsraili tanıyaraq Fәlәstindә әrәb dövlәtinin yaradılması tәlәbindәn imtina etdi.

    Ə.– İ. m. (1982–8 3) İsrail ilә Livan arasında olmuşdur. Fәlәstin Azadlıq Tәşkilatının Cәnubi Livandakı bazalarına zәrbә endirmәk mәqsәdilә İsrail 1982 ilin iyununda Livana soxuldu. Qәrbi Beyrutda Fәlәstin dәstәlәrini vә onların müttәfiqlәri olan livanlıları mühasirәyә alan İsrail 1982 il iyunun ortalarından avqustadәk şәhәri atәşә vә bombardmana mәruz qoydu. Nәticәdә tәrәflәr Fәlәstin silahlı birlәşmәlәrinin Beyrutdan çıxarılmasına dair razılığa gәldilәr. 1983 ildә İsrail Livanla sülh müqavilәsi bağlamağa nail oldu vә 1985 ilin iyununda öz qoşunlarını, İsrail sәrhәdinә qonşu “tәhlükәsizlik zonaları” istisna olmaqla, ölkә әrazisinin çox hissәsindәn çıxartdı. Livanda İsrailә qarşı “Hizbullah” tәşkilatının qüvvәlәri tәrәfindәn aparılan partizan müharibәsi 2000 ildә İsrail qoşunlarının ölkәdәn tamamilә çıxarılması ilә yekunlaşdı (bax hәmçinin Yaxın Şәrq münaqişәsi).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç