ƏRƏBİSTAN, Ə r ә b i y y ә ( ) – Qәrbi Asiyada Roma әyalәti; 106 ildә imperator Trayanın [98–117] Nәbatiyyә çarlığı әrazisini işğal etmәsi nәticәsindә yaranmışdı. İndiki İordaniya, Suriyanın c.-u, Sinay y-a vә Sәudiyyә Ərәbistanının şm.-q.-ini әhatә edirdi. İnzibati mәrkәzi Bosra ş. idi. Romalıların hakimiyyәti zamanı iqtisadi çiçәklәnmә dövrünü yaşamış, “Şah yolu” bәrpa edilmişdir. Ə. şәhәrlәrindә yeni tikililәr salınmış, parfiyalılarla karvan ticarәti genişlәnmişdi. Diokletian dövründә, tәqr. 297 ildә Ə. iki әyalәtә bölünmüşdü. Roma imperiyası bölündükdәn sonra (395) әrәb tayfaları müstәqil olmağa çalışdılar, bununla belә sәrhәdlәri qorumaq haqqında romalılarla razılığa gәldilәr. İran–Bizans müharibәlәrinin sonuncu mәrhәlәsindә (602–629) tәrәflәr zәiflәdi vә Ərәb istilalarına müqavimәt göstәrә bilmәdi. Tezliklә (640-cı illәr) Ə. Xilafәtin tәrkibinә qatıldı.