ƏRƏBİSTAN DƏNİZİ – Hind okeanının şm.-q.-indә Ərәbistan (q.-dә) vә Hindistan (ş.-dә) y-a-ları arasında yarımqapalı dәniz. Yәmәn, Oman, BƏƏ, İran, Pakistan, Hindistan, Cibuti vә Somalinin sahillәrini yuyur. Sah. 4832 min km2-dir; dәrinliyi şm.-dan c.-a doğru 2500 m-dәn 4500 m-әdәk artır, maks. dәrinliyi 5803 m-dir. Hind çayı Ə.d.-nә tökülür. Sahillәri hündür, qayalı, bәzi yerlәrdә delta tiplidir; çoxlu körfәz vә buxtalarla parçalanmışdır. Ən böyük körfәzlәri: Ədәn, Oman, Kaç, Kambey. Adalar azdır vә sahilә yaxın yerlәşmişdir; әn böyüklәri Sokotra vә Lakkadivdir. Dib relyefi hamardır, şm.-dan c.-a meyillidir. Q.-indә Marri sualtı silsilәsi uzanır. Dib çöküntülәri biogen lillәrdәn, materik sahillәri terrigen çöküntülәrdәn, Mәrcan a-rı әtrafı isә mәrcan qumlarından ibarәtdir. Musson iqlimi var. Qışda şm.-ş., yayda c.-q. külәklәri әsir. Yazda, yayda vә payızda tez-tez tayfunlar olur. Havanın temp-ru qışda 20–25°C, yayda 25–29°Cdir. İllik yağıntı q.-dә 125 mm-әdәk, ş.-dә 3100 mm-dәk çatır. Sәth suyunun orta temp-ru qışda 22–27°C, yayda 23–28°Cdir. Duzluluğu 35,8–36,5‰-dir. Sәth axınlarının istiqamәti yayda ş.-ә, qışda q.-әdir. Hünd. 5,1 m-ә çatan yarımgünlük qabarmalar olur. Faunası: düqon, uçan balıq, tunes, qılıncbalıq, cәnub siyәnәyi, yelkәnbalıq vә s. Mühüm portları: Mumbai (Hindistan), Kәraçi (Pakistan), Ədәn (Yәmәn).
Ярябистан дянизи. Шимали Гоа курорту. Щиндистан.