ƏRƏBİSTAN SƏHRASI – Misirdә sәhra; Böyük sәhranın Nil çayı vadisi vә Qırmızı dәniz arasında qalan şm.-ş. hissәsi. C.-da 22° şm.e.-dәk uzanaraq Nubiya sәhrası ilә birlәşir. Sәthinin çox hissәsi çınqıl, qum vә әhәngdaşıdan ibarәt plato (orta hünd. 500 m), ş.-i Qırmızı dәniz sahili boyu qәdim kristallik süxurlardan tәşkil olunmuş Etbay silsilәsidir (hünd. 2187 mdәk). Qışda silsilәnin ş. yamaclarına Qırmızı dәnizdәn şm.-ş. külәklәri ilә gәtirilәn qısamüddәtli yağıntı düşür. Vadilәrdә kol bitkilәri, akasiya, yulğun, xurma ağacı vә s. bitir. Əh. köçәridir; heyvandarlıq (keçi, qoyun, dәvә), bәzi vahәlәrdә әkinçiliklә mәşğuldur. Qırmızı dәniz sahili boyunda neft, fosforit, tikinti daşı çıxarılır.
Ярябистан сящрасы. Мисир.