Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏRƏBİSTAN YARIMADASI

    ƏRƏBİSTAN YARIMADASI – Asiyanın c.-q.-indә Yer kürәsinin әn böyük yarımadası. Sah. 2,73 mln. km2. Q.-dә Qırmızı dәniz, c.-da Ədәn körfәzi vә Ərәbistan dәnizi, ş.-dә Oman vә İran körfәzlәri ilә әhatә olunur; şm. sәrhәdi adәtәn 30° şm.e. paraleli, bәzәn Sәudiyyә Ərәbistanının İordaniya vә İraqla sәrhәdi götürülür. Uz. şm.-dan c.-a 1950 km, ş.-dәn q.-ә 2550 kmdir. Ərazisinin böyük hissәsini Sәudiyyә Ərәbistanı tutur; Yәmәn, Oman, BƏƏ, Qәtәr, Küveyt, İordaniya vә İraqın c. hissәlәri dә Ə.y.-ndadır. Sahil xәtti zәif parçalanmışdır. Qırmızı dәniz vә İran körfәzi sahillәri boyu mәrcan riflәri yayılmışdır.

    Relyef. Ə.y.-nda düzәnliklәr vә platolar üstünlük tәşkil edir; mәrkәzi hissәsini Nәcd yastıdağlığı tutur. C.-q.-dә Yәmәn dağları yerlәşir (yarımadanın әn yüksәk nöqtәsi, hünd. 3660 m olan Ən-Nabi-Şaib d. buradadır). Qırmızı dәniz sahili boyu ensiz ovalıq, Ədәn körfәzi sahili boyu Hadramaut platosu (hünd. 2178 m-әdәk), Oman körfәzi sahili boyu Hәcәr d-rı, İran körfәzi sahili boyu Əl-Xasә ovalığı (hünd. 221 m-әdәk) uzanır. Ə.y.-nın çox hissәsi qumlu-daşlı sәhralar vә yarımsәhralardır (Böyük  Nәfud,  Suriya,  Kiçik  Nәfud,  Rub Əl-Xali vә s.).

    Geoloji quruluş vә faydalı qazıntılar. Ə.y. tektonik cәhәtdәn Miosendә Afrika plitәsindәn ayrılmış Ərәbistan litosfer plitәsindәn ibarәtdir. Plitә şm.-dan Tavr (Toros), şm.-ş.-dәn Zaqros d-rı ilә örtülür. Yarımadanın c.-q. hissәsindә Ərәbistan platformasının Kembridәn әvvәlki, әsasәn Üst Proterozoy yaşlı süxurları sәthә çıxır vә Ərәbistan–Nubiya qalxanını әmәlә gәtirir. Ş.-dә platformanın bünövrәsi Paleozoy, Mezozoy vә Paleogenin terrigen vә karbonat çöküntülәrindәn vә evaporitlәrdәn ibarәt qalın çökmә örtüyü altındadır. Şm.ş.-dә örtük süxurları ön Mesopotamiya çökәyinin Neogen-Dördüncü dövr molaslarının altına gömülür. İran körfәzi sahilinin çökmә süxurları iri neft vә qaz yataqları ilә zәngindir. Qızıl, dәmir, әlvan metallar, hәmçinin boksit, fosforit filizlәrinin (Ərәbistan–Afrika fosforitli әyalәti), mәrmәrin dә yataqları mәlumdur. Yarımadanın böyük bir hissәsini Ərәbistan artezian hövzәsi tutur. C.-ş.-dәn yarımadanı haşilәyәn dağlarda yüksәk seysmiklik müşahidә olunur.

    İqlim. İqlimi c. vә orta hissәdә tropik, şm.-da subtropikdir. Yayda, demәk olar ki, yarımadanın hәr yerindә havanın temp-ru 35–36°C tәşkil edir, maks. 55°C-yә qәdәrdir. Yanvarın orta temp-ru c.-da 15–25, şm.-da 8–15°C-dir. Qışda şm.-da vә dağlarda donuşluq olur. Yağıntının illik miqdarı 100 mm-dәn azdır, yalnız Yәmәn d-rının q. külәktutan yamaclarında 500–1000 mm-әdәk, Hadramaut platosunda 500 mmәdәk düşür. Yazda vә yayda güclü külәklәr qum fırtınaları yaradır.

    Çaylar vә göllәr. Daimi axarı olan çayları c. vә c.-q.-dәdir (Masila, Hәcr, Maur vә s.). Vadilәrin әksәriyyәti sәhra qumlarında itir. Nәcd yastıdağlığının mәrkәzi hissәsindәki karst suları vә İran körfәzi sahilindә sәthә çıxan lay suları böyük әhәmiyyәt kәsb edir. Çeşmә vә kәhrizlәrin әtrafında vahәlәr var.

    Torpaqlar, bitki örtüyü, heyvanlar alәmi. Yarımadanın әsas hissәsini şoran çökәklik torpaqları vә şoranlıq bitkilәrinin yayıldığı primitiv torpaqların yer aldığı tropik sәhralar tutur. Hәrәkәtedәn qumlardan ibarәt geniş әrazi torpaqdan vә bitkidәn mәhrumdur. Ə.y.-nın şm. hissәsindә boz, boz-qonur vә qonur torpaqlardan ibarәt subtropik sәhralar yerlәşir. Mәrkәzi hissәdә Kiçik Nefud, c.-da Rub-әl-Xali sәhraları uzanır. Hәcd yastıdağlığında sәhraya mәxsus taxıl otları vә kol bitkilәri yayılmışdır. Dağlar qırmızı-qonur, vulkanik süxurlar isә tündrәngli torpaqlardan ibarәtdir. Yәmәn d-rında yamacların aşağı hissәlәri daşlı sәhralar, 700–1200 m yüksәklikdә sәhralaşmış dağ savannası (südlәyәn, buxurkolu ağacı), 1800 m-әdәk yüksәklikdә püstә, zeytun ağacları, hәmişәyaşıl kollar bitir, daha yüksәkliklәr çәmәnliklәrdәn ibarәtdir. Hәcәr d-rını sәhralaşmış savannalar vә seyrәk meşәlik tutur. Çaylar, vadilәr boyunca akasiya, yulğun, qaratikan, qaraqovaq, küsdüm cәngәlliklәri uzanır. Xurma palması, qәhvә ağacı, buğda, arpa vә s. bitkilәr becәrilir. Fauna adәtәn gәmiricilәrdәn (qumsiçanı, әrәbdovşanı vә s.), dırnaqlılardan (qazellәr vә s.), yırtıcılardan (kaftar, çaqqal, tülkü, dağlarda bәbir, vәhşi pişik vә s.) ibarәtdir. Sürünәnlәr, quşlar (o cümlәdәn köçәri) çoxdur. Bir sıra r-nlarda çәyirtkәnin çoxalma ocaqları vardır.

    Ярябистан йарымадасы. Асир даьлары.

    Ярябистан йарымадасы. Асир даьлары.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç