ƏRƏBQARDAŞBƏYLİ – Azәrb. Resp. Neftçala r-nunun Cәngan ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 30 km şm.-q.-dә, Kür çayının sol sahilindә, Cәnub-Şәrqi Şirvan düzündәdir. Əh. 472 (2015); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, kitabxana, hәmçinin 8–14 әsrlәrә aid yaşayış yeri var.