ƏRƏBQARDAŞBƏYLİ – Azәrb. Resp. Salyan r-nunun Kür Qaraqaşlı ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 8 km c.-ş.-dә, Salyan–Neftçala avtomobil yolu kәnarında, Kür çayının sahilindә, Salyan düzündәdir. Əh. 1045 (2015); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, klub, kitabxana var.