ƏRƏBQƏDİM – Azәrb. Resp. Qobustan r-nunda kәnd. Ərәbqәdim ә.d.-nin (Ərәbqәdim, Göydәrә, Nardaran k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 12 km c.-ş.-dә, Zәngidәrә çayının (Pirsaat çayının qolu) sol sahilindәn 4 km aralıdır. Əh. 1509 (2015); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, klub, kitabxana, tibb mәntәqәsi var.