ƏRƏBQUBALI – Azәrb. Resp. Kürdәmir r-nunda kәnd. Ərәbqubalı ә.d.-nin (Ərәbqubalı, Çölqubalı, Mәhәrrәmli k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 32 km c.-ş.-dә, Baş Şirvan kollektoru sahilindә, Şirvan düzündәdir. Əh. 1450 (2015); әkinçilik vә heyvandarlıqla mәşğuldur. 2 tam orta mәktәb, 2 klub, 2 kitabxana, feldşer-mama mәntәqәsi, poçt, hәmçinin orta әsrlәrә aid Şәhәrgah yaşayış yeri var.