Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏRƏBLƏR

    ƏRƏBLƏR  (özlәrini  әl-әrәb  – العرب  adlandırırlar) – Qәrbi Asiya vә Şimali Afrikanın әrәb ölkәlәrindә yaşayan xalqlar qrupu, mәdәni-tarixi birlik. Misirdә (63,3 mln. nәfәr, o cümlәdәn misirlilәr 57,6 mln. nәfәr), Sudanda (bәqqarә Ə.-i tәqr. 25 mln. nәfәr), Əlcәzairdә (23 mln. nәfәr, o cümlәdәn әlcәzairlilәr 21,6 mln. nәfәr), Sәudiyyә Ərәbistanında (18,9 mln. nәfәr, o cümlәdәn Sәudiyyә әrәblәri 16 mln. nәfәr), Yәmәndә (16,7 mln. nәfәr, o cümlәdәn yәmәnlilәr 16,2 mln. nәfәr), İraqda (15 mln. nәfәr, o cümlәdәn iraqlılar 13,3 mln. nәfәr), Mәrakeşdә (14,7 mln. nәfәr, o cümlәdәn mәrakeşlilәr 11,7 mln. nәfәr), Suriyada (14 mln. nәfәr, o cümlәdәn suriyalılar 12 mln. nәfәr), Tunisdә (9,4 mln. nәfәr, o cümlәdәn tunislilәr 6,4 mln. nәfәr), İordaniyada (6,5 mln. nәfәr, o cümlәdәn iordaniyalılar 1,2 mln. nәfәr), Liviyada (4,8 mln. nәfәr, o cümlәdәn liviyalılar 3,2 mln. nәfәr), Livanda (2,8 mln. nәfәr, o cümlәdәn livanlılar 2,3 mln. nәfәr), Fәlәstindә (1,9 mln. nәfәr, o cümlәdәn fәlәstinlilәr 1,8 mln. nәfәr), Mavritaniyada (mavritaniyalılar 1,7 mln. nәfәr), Küveytdә (1,5 mln. nәfәr, o cümlәdәn küveytlilәr 591 min nәfәr), İsraildә (İsrail әrәblәri 1,4 mln. nәfәr), Omanda (1,2 mln. nәfәr, o cümlәdәn Oman әrәblәri 1 mln. nәfәr), BƏƏdә (1,1 mln. nәfәr, o cümlәdәn, Birlәşmiş Ərәb Əmirliklәri әrәblәri 298 min nәfәr), Bәhreyndә (401 min nәfәr, o cümlәdәn bәhreynlilәr 394 min nәfәr), Qәtәrdә (302 min nәfәr, o cümlәdәn qәtәrlilәr 80 min nәfәr), Qәrbi Böyük Sәhrada (mavrlar 226 min nәfәr), Somalidә (tәqr. 100 min nәfәr), Cibutidә (tәqr. 10 min nәfәr) vә Komor arında (tәqr. 10 min nәfәr) yaşayırlar. Ərәb icmaları  hәmçinin  Braziliyada  (9  mln. nәfәr), Fransada (5,9 mln. nәfәr), İndoneziyada (5 mln. nәfәr), Argentinada (4,5 mln. nәfәr), ABŞ-da (3,7 mln. nәfәr), İranda (Xuzistan әrәblәri 2 mln. nәfәr), Venesuelada (1,6 mln. nәfәr), Meksikada (1 mln. nәfәr), Türkiyәdә (1 mln. nәfәr), Çadda (şuva Ə.-i 810 min nәfәr), İspaniyada (800 min nәfәr), Avstraliyada (375 min nәfәr), Almaniyada (221 min nәfәr), Belçikada (178 min nәfәr), Pakistanda (156 min nәfәr), Hindistanda (101 min nәfәr), Nigeriyada (Mayduqur ş.-ndәn ş.-dә; 100 min nәfәr), Kamerunda (kanurilәrlә qarışıq; 50 min nәfәr), Rusiyada (10 min nәfәr) vә s. ölkәlәrdә mәskunlaşmışlar.

    Ə. әrәb dilinin lokal dialektlәrindә danışırlar. Suriya vә İraqın bәzi etnokonfessional qrupları mәişәtlәrindә arami dillәrindәn birinin dialektlәrini qoruyub saxlamışlar; Ərәbistan y-a-nın c.-undakı әhalinin bir qismi (Yәmәndә mәhrәlәr vә sokotralılar, Omanda şәhrilәr, bәthәrilәr, hәrsusilәr) sami dillәrinin Cәnubi periferiya qrupunun dilindә danışırlar. Ə.-in әksәriyyәti müsәlmandır, xristianları da (Misirdә qibtilәr, Livanda maronilәr) var.

    Ə.-in әcdadları e.ә. 2-ci minilliyin ortalarından bәdәvilәrin hәyat tәrzini mәnimsәmiş әrәbistanlılardır. Vahә vә vadilәrdә әkinçilik inkişaf edir, ticarәt mәskәnlәri yaranırdı. Mәrkәzi vә Şimali Ərәbistan sakinlәrini (Cәnubi Ərәbistan sivilizasiyasının daşıyıcılarından fәrqli olaraq) qonşu әrazilәrdә yaşayanları tәqr. e.ә. 7 әsrdәn Ə. (Aşşur salnamәlәrindә “aribi” – sami dillәrindә “sәhra adamı olmaq”) adlandırırdılar. Ərәb tayfaları “cәnub” (qәhtanilәr, yaxud Yәmәn әrәblәri) vә “şimal” (әdnanilәr, yaxud nizarilәr) qollarına bölünürlәr. Bu qruplar yarımadanın bütün әrazisindә vә ondan kәnarda mәskunlaşmış, Nәbatilәr dövlәtinin, Palmiranın yaradılmasında iştirak etmiş, Qәssanilәr (Bizansla sәrhәddә) vә Lәxmilәr (İranla sәrhәddә) dövlәtlәrinin әsasını qoymuşlar. İslam dininin meydana gәlmәsi vә Xilafәtin yaranması әrәb tayfalarının vә Cәnubi Ərәbistanın oturaq әhalisinin vahid birlikdә konsolidasiyasına gәtirib çıxardı. Ərәb istilaları gedişindә Ə. Mәrkәzi Asiyadan Pireney y-a-nın q. sahillәrinә qәdәr uzanan әrazilәrdә mәskunlaşmışdılar. 7–10 әsrlәrdә formalaşmış Müsәlman mәdәniyyәtinә Xilafәtin tәrkibinә daxil olan qeyriәrәb xalqlar da mühüm töhfәlәr vermişlәr. Ərәb xilafәti 10 әsrdә parçalandı. 945 ildә Bağdadın Büveyhilәr tәrәfindәn işğalından sonra xәlifәlәrin nüfuzu sarsıldı. Abbasi xәlifәlәrinin hakimiyyәtini Sәlcuqilәr xilas etdilәr. Mәlikşahın [1072–92] dövründә әrәb-müsәlman dünyasının ş. hissәsinin yarısı Sәlcuqilәrin hakimiyyәtinә keçdi. Ə. tәdricәn hakimiyyәtdәn uzaqlaşdırıldı. 1258 ildә Hülakuların Bağdadı tutması Ə.-in İraqdakı hakimiyyәtinә son qoydu. Qәrb torpaqlarında, xüsusilә Misir vә Suriyada 868 ildәn etibarәn  Tulunilәr (T u l u n o ğ u l l a r ı ), İxşidilәr, Əyyubilәr Mәmlüklәr kimi türk dövlәtlәri siyasi hakimiyyәtlәrini qurdular. Belәliklә, Ə. 13 әsrdәn başlayaraq siyasi sәhnәdәn uzaqlaşdırıldılar. Sultan I Sәlim [1512–20] vә Sultan I Süleyman Qanuninin [1520–66] dövründә Suriya, Misir, Ərәbistanın böyük hissәsi, Tunis, Əlcәzair vә Mәrakeş Osmanlı torpaqlarına qatıldı. Nәticәdә Ərәbistanın vahәlәrindә yaşayan әrәb qәbilәlәri istisna olmaqla, bütün Ə. türklәrin hakimiyyәti altına keçdi.

    19  әsrdәn  etibarәn  әrәb  torpaqları B.Britaniya, Fransa, İtaliya, İspaniya (Mәrakeşin bir hissәsini hәlә 15–16 әsrlәrdә Portuqaliya işğal etmişdi) kimi müstәmlәkәçi dövlәtlәr tәrәfindәn zәbt olundu. Yalnız Orta Ərәbistan (Hicaz da daxil olmaqla) bu işğaldan kәnarda qaldı. Müstәmlәkәçilik siyasәtinә qarşı mübarizә Ə.-dә özünüdәrkin güclәnmәsinә, millidini birlik ideyasının yayılmasına, eyni zamanda mәhәlli millәtçilik hisslәrinin oyanmasına gәtirib çıxardı. İkinci dünya müharibәsindәn sonra ümumәrәb tәşkilatları yarandı: Ərәb Dövlәtlәri Liqası (1945), Ümumәrәb Bazarı (1964), Neft İxrac Edәn Ərәb Ölkәlәri Tәşkilatı (1968), Ərәb Sәnaye İnkişafı Mәrkәzi (1969; 1978 ildәn Ərәb Sәnaye İnkişafı Tәşkilatı), Ərәb Tәhsil, Mәdәniyyәt vә Elm Tәşkilatı vә s.

    Ə. arasında vahә, vadi vә dağ yamaclarında xış әkinçiliyi, bağçılıq vә bostançılıqla mәşğul olan fәllahlar üstünlük tәşkil edir. Onların bir qismi köçәri vә yarımköçәri maldarlıqla mәşğuldur. Köçәri Ə.-in әnәnәvi evlәri çadırdır. Ərәbistan Ə.-inә xas olan daş, yaxud çiy kәrpicdәn tikilmiş ev-qüllәyә digәr әrәb bölgәlәrindә dә rast gәlinir. Onun variantı yaşayış vә tәsәrrüfat tikililәrinin divarla әhatәlәndiyi ev-malikanәdir. Düzbucaq planlı, yastı damörtüklü, bir vә çoxotaqlı möhrә vә daş evlәrin (adәtәn, ağac karkaslar üzәrindә) digәr tiplәri dә yayılmışdır; Livan, Suriya vә İordaniyada bu tip evlәrin böyük otağında damörtüyünü saxlayan tağ var. Aralıq dәnizi sahillәrindә günbәzvarı damlar, Suriyanın şm.-ında “kәllә qәnd” (içәrisi vә çölü әhәnglәnmiş, pәncәrәsiz konusvarı saman evlәr), İraqın c.-unda qamış evlәr vә s. yayılmışdır. Ənәnәvi evlәrin bir hissәsi, adәtәn, hәrәmxana üçün nәzәrdә tutulur.

    Ənәnәvi kişi geyimi Ərәbistan y-a sakinlәrinin geyimlәrinә bәnzәrdir – geniş, uzunqol köynәk, aba (әba), çalma, yun qaytanla bağlanan yaylıq (kufiyyә; 20 әsrdә әrәb birliyinin rәmzinә çevrildi), Cәnubi Ərәbistan kişilәri arasında isә beldәn topuğadәk sarğı (futa) vә s.-dir. Ərәbistanın qәdim geyimlәrindәn biri dә ehramdır (zәvvar libası). Ə.-dә orta әsrlәrdә iranlıların vә türklәrin tәsiri ilә yuxarıdan aşağıya doğru daralan, belindә bağı olan şalvar, qolsuz köynәk, kaftan, fәs yayılmışdı. Qadın geyimlәri kişi geyimlәrinә oxşardır, dekor vә biçimi ilә fәrqlәnir. Qadınların şәxsi әmlakının әn qiymәtli hissәsini çox vaxt üzük, sırğa, qolbaq, xalxal, gümüş kәmәr vә s. bәzәk әşyaları tәşkil edir. Ərәb qadınlarının әn vacib geyimi hicabdır. Müasir tәrzdә geyinәn qadınlar da var. Müasir geyim, xüsusilә iri şәhәrlәrdә, Şәrq vә Qәrb (pencәk, xizәkçi papağı vә s.) elementlәrin qarışığından ibarәtdir.

    Bәdәvilәrin әnәnәvi yemәklәri dәvә südü, duzsuz kökә, xurma, oturaq Ə.-dә isә sıyıqlar, tәrәvәz, göyәrti, keçi südü, qatıq, motal pendiridir. Ə. nadir hallarda әt yeyirlәr. Ənәnәvi içkilәri qәhvәdir; 19 әsrin sonlarından çay yayılmışdır. 20 әsrdәn Ə.in qida rasionuna düyü, balıq vә s. әlavә olunmuşdur. Ərәb vә türk mәtbәxinin әnәnәlәrini birlәşdirәn Suriya–Livan mәtbәxi dünyanın bir çox ölkәlәrindә şöhrәt qazanmışdır.

    Ə.-dә tayfa tәşkilatı qalmaqdadır – qohumluğu ata xәtti üzrә hesablanan qәbilәlәr başçı tәrәfindәn idarә olunan tayfada birlәşirlәr. Davranış qaydaları adә әsaslanır; Ə. üçün qohum hәmrәyliyi, qan intiqamı, qonaqpәrvәrlik sәciyyәvidir. Poliginiya vә ortokuzen nikah mövcuddur.

    Ə.-in dini vә dünyәvi memarlıq abidәlәri vә dekorativ-tәtbiqi sәnәt nümunәlәri dünya mәdәniyyәtinә böyük tәsir göstәrmişdir. Ə.-in zәngin folkloru klassik әrәb poeziyasının mәnbәyidir vә musiqi yaradıcılığı ilә sıx bağlıdır. Əsas musiqi alәtlәri: dәf, qaval, tәbil, ud, iki vә ya birsimli rübab, cüt vә tәklülәli tütәk vә s.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç