ƏRƏBLİNSKİ Balakişi bәy Əli bәy oğlu (1828, Zaqatalanın Tala k. – 1902, Dәrbәnd) – Azәrb.-ın hәrbi xadimi, gen.-l. Qafqazın müsәlman әhalisindәn Rusiyada ali hәrbi tәhsil alan ilk azәrb. olan Ə. SanktPeterburqdakı 1-ci dәrәcәli kadet korpusunu bitirmişdir (1848). Ə. Macarıstanda Vilaqoş qalası uğrunda döyüşlәrdә (1849), Xivә xanlığına qarşı müharibәdә (1854), Krım müharibәsindә (1853–56), Rusiya–Türkiyә müharibәsindә (1877–78) iştirak etmişdir. 1898 ildәn istefaya çıxmış, ömrünün sonunadәk Dәrbәnddәki mülkündә yaşamışdır. 1-ci dәrәcәli “Müqәddәs Stanislav” (1849; 1891), “Müqәddәs Anna” ordeni (1856), 3-cü dәrәcәli “Müqәddәs Stanislav” (1860; 1862), 2-ci dәrәcәli “Müqәddәs Stanislav” (1874), 4-cü dәrәcәli “Müqәddәs Vladimir” (1877), 3-cü dәrәcәli “Müqәddәs Vladimir” (1882), “Qırx illik qüsursuz xidmәtinә görә” (1892) ordenlәri ilә tәltif olunmuşdur.