ƏRƏBLİNSKİ (tәxәllüsü; әsl soyadı X ә lәfo v) Hüseyn (Hüseynbala) Mәmmәd oğlu (1881, Bakı – 4.3.1919, Bakı) – Azәrb. aktyoru vә rejissoru. Azәrb. professional teatr sәnәtinin banilәrindәn biri. Dәnizçi ailәsindә doğulmuşdur. Mollaxanada vә rus-müsәlman (Azәrb.) mәktәbindә oxumuşdur. İlk dәfә sәhnәyә 1897 ildә C.Zeynalovun hazırladığı “Lәnkәran xanının vәziri” (M.F. Axundzadә) komediyasında mehtәr Kәrim rolunda çıxmışdır. 1905 ildә “Müsәlman Artistlәri Cәmiyyәti”nin [Lәnkәran qastrolu zamanı oynadığı Fәxrәddin (“Müsibәti-Fәxrәddin”, N.Vәzirov) obrazı Ə.-yә şöhrәt qazandırmışdı], 1906–13 illәrdә “Nicat” Cәmiyyәti nәzdindәki teatr truppasının, sonralar “Sәfa” Cәmiyyәtinin, 1918 ildәn isә Z. vә Ü.Hacıbәyli qardaşlarının teatr truppasının aktyoru vә rej. (1918 ildәn baş rej.) olmuş, hәvәskar teatr dәrnәklәrinә rәhbәrlik etmişdir.
Ə.-nin aktyorluq vә rej.-luq fәaliyyәti Azәrb. teatrı tarixindә realist sәnәtin başlanğıcıdır. Müxtәlif janrlı әsәrlәrdә parlaq obrazlar yaratmış Ə.-nin aktyor tәbiәtinә faciәvilik vә romantik pafos daha sәciyyәvi olmuşdur. O, Fәxrәddin (“Müsibәti-Fәxrәddin”, N.Vәzirov), Əhmәd bәy Şamxal (“Qәzavat”, S.Lanskoy), Gavә (“Dәmirçi Gavә”, Ş.Sami), Fәrhad, Qacar, Nәcәf bәy (“Bәxtsiz cavan”, “Ağa Mәhәmmәd şah Qacar”, “Dağılan tifaq”, Ə.Haqverdiyev), Frans Moor (“Qaçaqlar”, F.Şiller), Nadir şah (“Nadir şah”, N.Nәrimanov) kimi faciәvi rolları yüksәk sәnәtkarlıqla ifa etmişdir. 1910 ildә yaratdığı Otello (“Otello”, U.Şekspir) obrazı Ə. yaradıcılığının zirvәsi sayılır. Obrazın daxili alәmini dәrindәn duymaq vә açmaq, әsәrin sәciyyәvi xüsusiyyәtlәrini incәliklә verә bilmәk qabiliyyәti Ə. sәnәtinin әsas mәziyyәtlәrindәn olmuşdur. Yusif, Bahadır (“Şamdan bәy”, “Bahadır vә Sona”, N.Nәrimanov), Əlmәnsur (“Əlmәnsur”, H.Heyne), Sultan Osman (“Sultan Osman”, M.F.Volter), Dobçinski, Xlestakov (“Müfәttiş”, N.Qoqol), Naxman (“Yәhudilәr”, Y.Çirikov), Napoleon (“1812-ci il”, K.Baxmetyev) rollarında çıxış etmiş, bir sıra vodevillәrdә tipik sәhnә obrazları yaratmışdır. Ə. rus truppasında da bir neçә rolu uğurla ifa etmişdir.
Ə. Azәrb. teatr tarixindә ilk professional rej.-dur. O, әdәbi-dramaturji materialın ifaçılar tәrfindәn düzgün dәrk edilmәsinә vә tamaşada vahid ansambl yaradılmasına nail olmuşdur: “Müfәttiş”, “Evlәnmә” (1906, 1910, N.Qoqol)”, “Nadir şah” (1906; N.Nәrimanov), “Qaçaqlar” (1907, F.Şiller), “Dәmirçi Gavә” (1908, Ş.Sami), “Otello” (1910, U.Şekspir) vә s. Ə. musiqili teatr sәhnәsindә dә fәaliyyәt göstәrmiş, “Leyli vә Mәcnun” (1908, operanın ilk quruluşçu rej.), “Əsli vә Kәrәm”, “O olmasın, bu olsun”, “Şah Abbas vә Xurşidbanu” (hamısı 1912, Ü.Hacıbәyli), “Aşıq Qәrib”, “Evliykәn subay”, “Əlli yaşında cavan” (hamısı 1918, Z.Hacıbәyli) vә s. әsәrlәri tamaşaya qoymuşdur. Azәrb.-da professional teatr xadimlәrinin yetişmәsindә dәyәrli xidmәt göstәrmiş Ə. Azәrb. dramaturgiyası vә teatrının fәal tәbliğçisi olmuş, Cәnubi vә Şimali Qafqaz, Volqaboyu, Orta Asiya vә Krıma qastrol sәfәrlәri etmişdir. “Neft vә milyonlar sәltәnәtindә” (1916) adlı ilk Azәrb. bәdii filmindә baş rolda (Lütfәli bәy) çәkilmişdir. Xaincәsinә öldürülmüşdür.
Sumqayıt Dövlәt Dram Teatrına, Bakı küçәlәrindәn birinә Ə.-nin adı verilmişdir. S.Rәhmanın “Son faciә” povestinin baş qәhrәmanı Ə.-dir. 1981 ildә anadan olmasının 100 illiyi tәntәnәli surәtdә qeyd edilmişdir.
Əd.: Hüseyn Ərәblinski. B., 1949; Hüseyn Ərәblinski. Aktyorun hәyat vә fәaliyyәtinә dair sәnәdlәr mәcmuәsi (tәrtibçi Q.Mәmmәdli). B., 1967; C ә f ә r o v C. Əsәrlәri, c. 2. B., 1968; yenә onun, Azәrbaycan teatrı. B., 1974; Сарабский А. Возникновение и развитие азербайджанского музыкального театра. Б., 1968.