Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏRƏBŞÜNASLIQ

    ƏRƏBŞÜNASLIQ  –  Ərәb  xalqlarının tarixini, dil vә mәdәniyyәtini, hәmçinin әrәb dilindә olan yazılı mәnbәlәri öyrәnәn humanitar elmlәr kompleksi. Qәrbi Avropada elm kimi әsası 16 әsrin sonlarında qoyulmuşdur. 17–18 әsrlәrdә Ə.-ın başlıca mәrkәzlәri Roma, Paris vә Leyden ş.-lәri olmuşdur. Bu dövrdә әrәb ölkәlәrinә maraq missioner tәbliğatı ilә sıx bağlı idi. Eyni zamanda   Avropanın   Şәrqlә   ticari   vә diplomatik әlaqәlәrinin genişlәnmәsi Ə.-ın elm sahәsi kimi inkişafına tәkan vermişdir. Ə.-ın sonrakı inkişafı әnәnәvi müsәlman mәrkәzlәri ilә bağlı olan klassik orta әsr әlyazma vә epiqrafik abidәlәrinә әsaslanmışdır.

    Ə.-ın vacib istiqamәtlәrindәn biri әrәb mәnbәlәrinin nәşridir. Bu sahәdә müxtәlif mәktәb vә metodoloji cәrәyanları tәmsil edәn tarixi tәdqiqatlar mühüm әhәmiyyәt daşıyır. Ərәb dünyasının 16–20 әsrlәrdә sosial-iqtisadi vә siyasi tarixi Qәrbi Avropa alimlәri Ç.Adams, D.Ayalon, J.Berk, H.A.R.Gibb, K.Kaen, E.Levi-Provansal, B.Lyuis, J.Sovaje, Ə.Hәurani, F.Hitti vә b. tәrәfindәn әtraflı araşdırılmışdır.

    Sovet Ə.-ının әsası İ.Y.Kraçkovski, V.V.Bartold vә A.Y.Krımski tәrәfindәn qoyulmuş, Cәnubi Ərәbistanın qәdim tarixi, orta әsrlәr әrәb cәmiyyәtinin genezisi, islam tarixinin problemlәri, әrәblәrin orta әsrlәr vә yeni dövr mәdәniyyәti, hәmçinin ictimai fikir tarixi öyrәnilmәyә başlanmışdır. Ərәb ölkәlәrindә milli azadlıq hәrәkatı problemlәrinә hәsr olunmuş әsәrlәr yazılmış, Qafqaz (o cümlәdәn Cәnubi Qafqaz) xalqlarının tarixinә dair әrәb mәnbәlәrinin nәşri vә tәrcümәsi işi davam etdirilmişdir. 1940–60-cı illәrdә әrәb dünyasının yeni vә müasir tarixini öyrәnәn sovet әrәbşünas-tarixçilәr mәktәbi (V.B.Lutski, F.M.Atsamba, N.A.İvanov vә b.) formalaşmışdır. Bununla yanaşı, әrәblәrin orta әsr mәnәvi irsinin (İ.P.Petruşevski, N.V.Piqulevskaya, M.B.Piotrovski, A.B.Xalidov) vә maddi mәdәniyyәtinin (Y.A.Belyayev, L.İ.Nadiradze, F.Y.Yakubovski), hәmçinin Ərәbistanın qәdim tarixinin (A.Q.Lundin) vә әrәblәrin etnoqrafiyasının tәdqiqi (P.A.Qryazneviç, M.A.Rodionov) davam etmişdir.

    Leyden, Paris, Oksford, Kembric, Halle, Praqa, Roma, Prinston, Harvard, LosAnceles, Çikaqo, Qahirә, Dәmәşq, Beyrut, Əlcәzair, Rabat, Heydәrabad un-tlәrindә, hәmçinin REA-nın Şәrqşünaslıq İn-tu vә onun Sankt-Peterburqdakı filialında vә s. elmi mәrkәzlәrdә Ə.-la mәşğul olurlar. Müasir dünya Ə.-ı fәnlәrarası yanaşma tәtbiq edir vә ictimai elmlәr kompleksinin (etnoqrafiya, kulturologiya, sosiologiya, politologiya vә s.) nailiyyәtlәrindәn bәhrәlәnir.

    Azәrb.-da Ə.-ın inkişafında 1922 ildә Azәrb. Dövlәt Un-tindә (indiki BDU) yaradılan Şәrq fakültәsi mühüm rol oynamışdır. Azәrb.-da Ə. sahәsi xalqımızın tarix vә mәdәniyyәtinin öyrәnilmәsi ilә sıx bağlıdır. 1920–30-cu illәrdә Azәrbaycanı Tәdqiq vә Tәtәbbö Cәmiyyәti orta әsrlәr tarixinә dair bәzi әrәb mәnbәlәrini nәşr etdirmişdi. V.V.Bartoldun Azәrb.-ın orta әsrlәr tarixinә vә onun digәr xalqlarla tarixi әlaqәlәrinә hәsr etdiyi әsәrinin çapı (“Место прикаспийских областей в истории мусульманского мира”. Баку, 1925), P.K.Juze tәrәfindәn 9 әsr әrәb tarixçilәri vә coğrafiyaşünasları әl-Bәlazuri vә әl-Yәqubinin әsәrlәrindә Azәrb.-a aid hissәlәrin nәşr edilmәsi (1927) Azәrb.-da Ə.-ın ilk mühüm addımları idi. Azәrb. SSR EA-nın (indiki AMEA) Şәrqşünaslıq İn-tunun vә ADU-da şәrqşünaslıq fakültәsinin tәşkili resp.-da әrәbşünas kadrların hazırlanması, ümumәn Ə.-ın inkişafında әsaslı rol oynadı. Azәrb. әrәbşünasları әrәb tarixi, әdәbiyyatı vә dili, fәlsәfә vә iqtisadiyyatına dair bir sıra fundamental әsәrlәr yaratdılar. Bu sahәdә orta әsr әrәbdilli Azәrb. alim, şair vә filosoflarının (Xәtib Tәbrizi, İzzәddin Zәncani, Əbdürrәşid Bakuvi vә b.) hәyat vә yaradıcılığının tәdqiqi, әrәb mәnbәlәrinin (xüsusilә Azәrb.-a dair) nәşri vә tәrcümәsi mühüm yer tutur.

    Ərәbdilli yazılı abidә, mәnbә vә sәnәdlәrin tәdqiqi vә tәrcümәsi Azәrb. Ə.-ının әsas istiqamәtlәrindәn biridir. Azәrb.-ın orta әsrlәr tarixinә, coğrafiyasına, inzibati bölgüsünә dair nadir mәlumatlar olduğundan mәnbәlәrin tәrcümә vә nәşri xüsusi әhәmiyyәt kәsb edir. Ərәb mәnbәşünaslığı sahәsindә akad. Z.M.Bünyadovun tәrcümәsindә әl-Bakuvinin “Kitab tәlxisi-l-asar vә әcaib әl-mәlik әl-qәhhar” (1971), әnNәsәvinin “Sultan Cәlalәddin Mәnqburnunun hәyatı” (1973), әl-Hüseyninin “Əxbaru-d-daulәti-s-sәlcuqiyyә” (1980), İbn Əsәm әl-Kufinin “Kitab әl-fütuh” (1981), 13 әsr әrәb coğrafiyaşünası Yaqut әlHәmәvinin “Mü’cәm әl buldan (Azәrbaycan haqqında mәlumatlar)” (P.K.Juze ilә birlikdә; 1983), Hәmdәllah Qәzvininin “Nüzhәt әl-qülub (Azәrbaycan haqqında mәlumatlar)” (İ.P.Petruşevski ilә birgә; 1983) vә akad. N.M.Vәlixanlının tәrcümәsindә “IX–XII әsr әrәb coğrafiyaşünassәyyahları Azәrbaycan haqqında” (1974), İbn Xordadbehin “Kitabu-l-mәsalik vә-lmәmalik” (1986), F.M.Əsәdovun tәrcümәsindә “İbn әl-Fәqih әl-Hәmәdani “Əxbar әl-buldan” (Ölkәlәr haqqında xәbәrlәr)” (2016), N.K.Bayramlının tәrcümәsindә “Orta әsrlәr Azәrbaycan tarixinә aid әrәb mәnbәlәrindәn seçmәlәr” (2016) vә s. әsәrlәr işıq üzü görmüşdür.

    Ərәb mәnbәlәri әsasında yazılmış Ə.Q.Əliyevin “Tulunilәr dövlәti” (1969), E.E.Əlizadәnin “Abbasilәr xilafәtindә zincilәrin üsyanı” (1986), akad. Z.M.Bünyadovun “Azәrbaycan VII–IX әsrlәrdә” (rus dilindә 1965; Azәrb. dilindә 2007), “Azәrbaycan Atabәylәri dövlәti (1136–1225)” (rus dilindә 1978; Azәrb. dilindә 1985), N.M.Vәlixanlının “Ərәb xilafәti vә Azәrbaycan” (1993), N.A.Əliyevanın “Azәrbaycan Yaqut әl-Hәmәvinin әsәrlәrindә” (1999), akad. N.Ç.Axundovanın “Türklәr Ərәb xilafәti idarәetmә sistemindә” (2004), R.İ.İsmayılovun “İxşidilәr dövlәti” (2007), N.A.Əliyevanın “Əs-Sәmaninin “Kitab әl-Ənsab” әsәri Azәrbaycan mәdәniyyәt tarixinә dair mәnbә kimi” (2010), “İbn Makula azәrbaycanlı ziyalılar haqqında” (2014) vә s. kitablar nәşr edilmişdir.

    Azәrb.-da istәr әrәb, istәrsә dә azәrb.-lı alimlәrin әrәbdilli fәlsәfi irsi hәrtәrәfli araşdırılmışdır vә bu istiqamәtdә tәdqiqatlar davam etdirilir. Ərәb dilindә yazmış Azәrb. filosofları, ilahiyyatçıları, hüquqşünasları vә sufi mütәfәkkirlәrin elmi irsinin ilk fundamental tәdqiqi Z.C.Mәmdova aiddir. O, Bәhmәnyarın fәlsәfi görüşlәrini (xüsusilә “Ət-Tәhsil” әsәri әsasında) әsaslı şәkildә araşdırmış, әsәrlәrini Azәrb. dilinә tәrcümә etmişdir. “Azәrbaycanda XI–XIII әsrlәrdә fәlsәfi fikir” (1978), “Bәhmәnyarın fәlsәfәsi” (1983), “Orta әsr Azәrbaycan filosofları vә mütәfәkkirlәri” (1986), “Şihabәddin Yәhya Sührәvәrdi” (1991), “Eynülqüzat Miyanәci” (1992) vә s. kitabların müәllifidir. M.R.Mahmudov “Ərәbcә yazmış azәrbaycanlı şair vә әdiblәr” (2006) kitabında Azәrb. şairlәri, ilahiyyat alimlәri (Harun ibn Ruh Bәrdici, Mәhәmmәd ibn Əbdülәziz Bәrdәi, Yaqub ibn Musa Ərdәbili, Mәhәmmәd ibn Bakuveyh Bakuvi vә b.), elәcә dә tanınmış şәxsiyyәtlәri barәdә mәlumatlar toplayıb sistemlәşdirmişdir.

    Müasir әrәbşünaslardan A.Ş.Qasımova çoxcәhәtli tәdqiqatlarında cahiliyyә vә islam dövrü әrәblәrinin yaşam tәrzi vә düşüncә sisteminә nәzәr salmış, bu dövrdә meydana gәlәn әrәb poeziyasının xarakteristikasını vermişdir. Eyni zamanda әrәb mifologiyası vә islam mistisizmini dә öyrәnir. Alimin klassik Azәrb. әdәbiyyatında Quran simvolizmi barәdә araşdırmaları da әhәmiyyәtlidir. Tәsәvvüfә dair ayrı-ayrı tәdqiqatları (Cüneyd Bağdadi, Hәllac Mәnsur, Sәrrac Tusi) ilә yanaşı, fәlsәfi komparativistika sahәsindә dә fәaliyyәt göstәrәn K.Y.Bünyadzadәnin әsәrlәri tәsәvvüf fәlsәfәsinin Qәrb fәlsәfi fikir kontekstindә öyrәnilmәsi istiqamәti ilә sәciyyәvidir. Ü.Z.Mәmmәdova Ş.Sührәrdi Eynülqüzatın yaradıcılığını әsaslı tәdqiqata cәlb etmiş, hәmçinin Sührәvәrdinin “Sufilәrin mәqamları” traktatını ilk dәfә işlәmişdir. Q.R.Ocaqlı Qәzzalinin “İhya ülumid-din” әsәri üzәrindә әdәbi-bәdii vә mistik baxımdan araşdırmalar aparmışdır. Şәrq vә Qәrb sivilizasiyalarını sinkretik tәhlil edәn S.S.Xәlilov “Şәrq vә Qәrb: ümumbәşәri ideala doğru” (2004) kitabında orta әsr әrәbdilli Azәrb. filosoflarının bu gün dә orijinallığını qoruyan tәlim vә ideyalarını müasir Qәrb fәlsәfi fikrini nәzәrә almaqla araşdırmışdır.

    20 әsrin әvvәlindәn başlayaraq әrәbşünas-filoloqlar әrәb әdәbiyyatını, hәmçinin әrәb әdәbi dilinin sintaksisi (Q.Rekendorf), fonetika vә fonologiyası (U.X.T. Gerdner, J.Kantino), morfologiyasının problemlәrini araşdırmışlar. 20 әsrdә Ə.-ın digәr sahәlәri dә intensiv inkişaf etmәyә başlamışdı: әrәb dialektologiyası, әrәb dilçilik әnәnәsinin tәdqiqi, әrәb dilinin tarixi, leksik statistika, sosiolinqvistika, üslubiyyat, leksikologiya vә leksikoqrafiya, sintaktik semantika, fonetika vә fonologiya; sintaksis vә cümlәnin kommunikativ quruluşu ilә bağlı әsәrlәr yaradılmışdır. Ərәb dilinin nәzәri mәsәlәlәri ümumi dilçilik (J.Vandries, E.Kuriloviç) vә semitologiya (L.X.Qrey, P.Dorm, M.Koen) sahәsindә çalışan alimlәrin әsәrlәrindә dә işıqlandırılmışdır. Struktur dilçiliyә aid elmi müddәalar Ə.-ın inkişafına mühüm tәsir göstәrmişdir.

    Ərәb dünyasında hәlә 16–18 әsrlәrdә qrammatika vә üslubiyyata aid dәrs vәsaitlәri hazırlanmış, leksikoqrafiyaya dair әsәrlәr yazılmışdır (H.Fәrhat, Mәhәmmәd әz-Zabidi). 19 әsrin 2-ci yarısında әrәb dilinin әdәbi, elmi, ictimai vә işgüzar sahәlәrdә geniş tәtbiqi әrәb leksikoqrafiyasının inkişafını sürәtlәndirmişdir (Butrus әl-Bustani). 20 әsrin 2-ci yarısında әrәb ölkәlәrindә Ə. problemlәri sahәsindә fәallıq artmış, yeni tәhlil metodları tәtbiq edilmiş, dilә tarixilik baxımından yanaşılmışdır. Qeyd olunan dövrdә әdәbi dil vә dialektlәrin әlaqәsi, linqvistik proqnozlaşdırma vә dil quruculuğu, vahid terminologiyanın yaradılması vә alınma sözlәrә münasibәt, әrәb dili tәdrisinin linqvistik әsasları problemlәri xüsusi әhәmiyyәt kәsb etmiş, әrәb dilçilik әnәnәsinә tәnqidi münasibәt yaranmışdır.

    Azәrb.-da әrәb filologiyasının tәdqiqi dәrin tarixi köklәrә malikdir. Hәlә әrәb xilafәti dövründә Azәrb. alimlәri әrәb dilinin, onun qrammatikasının, әrәb şeir sәnәtinin, poetika vә bәlağәt elminin öyrәnilmәsinә böyük maraq göstәrmişlәr.

    1957 ildә ADU-nun şәrqşünaslıq fakültәsindә әrәb dili kafedrası yaradılmış, Azәrb.-da Ə. mәktәbinin әsası qoyulmuşdur (ilk rәhbәri Ə.C.Mәmmәdov). 1958 ildә Azәrb. SSR EA Şәrqşünaslıq İn-tunun yaranmasından sonra Ə. şәrqşünaslıq elminin xüsusi sahәsi kimi sistemli inkişafa başlamışdır. İn-tun dilçi-әrәbşünas әmәkdaşları tәrәfindәn “Ərәbcә-azәrbaycanca lüğәt”in I cildi nәşr olunmuş, “Müasir әrәb dilindә türk mәnşәli sözlәr” (A.Q.Zahidi, 1967), “Ərәb әdәbi dilindә mürәkkәb sözlәr vә izafәt tipli sabit söz birlәşmәlәri” (M.A.Pәnahi, 1973), “Müasir әrәb әdәbi dilindә kәmiyyәt kateqoriyası vә әrәb cәm şәkilçilәrinin Azәrbaycan dilindә işlәnmә metodları” (Z.Q.Rüstәmova, 1982), “Dәdә Qorqud eposunda әrәb dilindәn götürülmüş sözlәrdә semantik dәyişikliklәr” (Ç.H.Mirzәzadә, 1986), “İraq türkmәnlәrinin dilindә әrәb sözlәri” (Z.Q.Rüstәmova, 1988) kimi elmi әsәrlәr meydana çıxmışdır.

    Ərәb dilçiliyinin әn ümdә mәsәlәlәri akad. V.M.Mәmmәdәliyevin “Ərәb әdәbi dilindә feilin zaman, şәxs vә şәkil kateqoriyaları” (1974), “Bәsrә qrammatika mәktәbi” (1983), “Kufә qrammatika mәktәbi” (1988), “Ərәb dilçiliyi” (1985) adlı әsәrlәrindә geniş tәdqiq olunmuşdur. O, akad. Z.M.Bünyadov ilә birlikdә QuraniKәrimi Azәrbaycan dilinә izahlı tәrcümә etmişdir (1991).

    Ərәb әdәbiyyatı sahәsindәki tәdqiqatlar, onun problem vә perspektivlәri bilavasitә müasir şәraitdә әrәb Şәrqinin hәyatı ilә bağlıdır. Azәrb. Ə.-nda, hәmçinin müxtәlif әrәb ölkәlәrinin nәsri vә poeziyasında mövcud olan müxtәlif cәrәyanların tәdqiqi sahәlәrindә geniş tәdqiqatlar aparılmışdır. A.İmanquliyevanın “Qәlәmlәr birliyi vә Mixail Nuaymә” (1975), “Cübran Xәlil Cübran” (1975), “Yeni әrәb әdәbiyyatının korifeylәri” (1991) әsәrlәri әrәb mәhcәr әdәbiyyatının tәdqiqi sahәsindә böyük әhәmiyyәt daşıyır.

    Ərәb әdәbiyyatında cәrәyan edәn әdәbi proseslәrin, dünyamiqyaslı әrәb bәdii söz ustalarının tәdqiqi qeyd olunan әsәrlәrdә öz әksini tapmışdır: “Hafiz İbrahimin poeziyası” (M.Q.Qәmbәrov, 1978), “Cәmil Sidqi әz-Zәhavi” (V.A.Cәfәrov, 1984), “İraqda neoklassik poeziya” (V.A.Cәfәrov, 1998) vә s.

    Azәrb. әrәbşünas alimlәri әrәb-Azәrb. mәdәni әlaqәlәrinin tәdqiqi, әrәb filologiyası elminin yaranması vә inkişafında orta әsr Azәrb. alimlәrinin rolunun tәyin edilmәsi sahәsindә dә tәdqiqatlar aparmışlar [G.B.Baxşәliyeva, “Bir Mәcnun vardı...” (1990), “Əbü-l-Fәrәc әl-İsfahani. Nәğmәlәr kitabı” (1994), “Əbü-l-Fәrәc әlİsfahaninin “Nәğmәlәr kitabı” vә klassik Azәrbaycan әdәbiyyatı” (1998), “İlahi eşq dastanları” (2001); M.R.Mahmudov, “Xәtib Tәbrizinin hәyat vә yaradıcılığı” (1969), “Piyada…Tәbrizdәn Şama qәdәr” (1980), “Azәrbaycanın әrәbdilli şair vә әdiblәri (VII–XII әsrlәr)” (1983); M.H.Quliyeva, “Klassik Şәrq poetikası” (1991), “Orta әsrin bәdii tәfәkkürü vә klassik Azәrbaycan әdәbiyyatı” (1999), “Klassik Şәrq bәlağәti vә orta әsrlәr Azәrbaycan әdәbiyyatı” (1999)].

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç