Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏRƏFAT YASİR

    ƏRƏFAT YASİR, әsl  adı  M ә h ә m m ә d Əbd әr-Rauf әl-Qudva әl-Hüseyni (24. 8.1929, Qahirә; digәr mәlumatlara görә, 4.8.1929, Qüds –11.11. 2004, Paris) – Fәlәstin Müqavimәt Hәrәkatının (FMH) lideri, Fәlәstin Milli Muxtariyyәtinin ilk başçısı, partizan tәxәllüsü “Əbu Əmmar”. 1929 il avqustun 24-dә nәsli   Yerusәlimdәn olan, lakin әvvәl Qәzzada, sonra isә Qahirәdә yaşayan varlı tacir Əbdürraufun ailәsindә anadan olmuşdu. 17 yaşında ingilis vә yәhudilәrlә mübarizә üçün Fәlәstinә gizli şәkildә silah gәtirilmәsindә iştirak etmişdi. Mühәndis ixtisası üzrә Qahirә Untini bitirmişdi (1953). 1956 ildә leytenant hәrbi rütbәsindә Misir ordusunun sıralarında İngiltәrә–Fransa–İsrail qüvvәlәrinin tәcavüzü zamanı döyüşlәrә qatılmışdır. “Fәlәstinin milli azadlığı uğrunda hәrәkat” (“Fәth”) tәşkilatının yaradıcılarından biridir. 1967 ildә әrәb dövlәtlәri ilә İsrail arasında baş verәn 6 günlük müharibәdә öz silahdaşları ilә iştirak etmiş, partizan müharibәsi aparmış, Karame döyüşündәn (1968) sonra şöhrәt qazanmışdı. Fәlәstin Azadlıq Tәşkilatı (FAT) İcraiyyә Komitәsinin sәdri (1969–2004), Fәlәstin İnqilabi  (Silahlı)  Qüvvәlәrinin  baş  komandanı (1970) idi. 1974 ildә BMT-nin Baş Mәclisindә İsrailin tәcavüzkarlığını kәskin pislәyәn çıxışı ilә diqqәti cәlb etmişdi. Fәlәstin Milli Muxtariyyәtinin (1996–2004) başçısı olmuşdu. Ə.Y.-ә qarşı düşmәn qüvvәlәr tәrәfindәn dәfәlәrlә suiqәsd tәşkil olunsa da sağ qalmışdı. 1985 ildә FAT nümayәndә heyәtinin başçısı kimi Azәrb.-da olmuşdu. 1989 ildә Fәlәstin Milli Şurasının sessiyasında Fәlәstin dövlәtinin prezidenti elan edilmiş Ə.Y. 1993 il sentyabrın 13-dә Osloda B.Klinton vә İ.Rabinlә sülh danışıqları aparmış vә “Prinsiplәr bәyanatı” adlanan razılaşmanı imzalamışdı. 5 il müddәtinә imzalanmış razılaşmada Fәlәstin–İsrail münasibәtlәrinin nizamlanması nәzәrdә tutulurdu. Ağ Evdә İsrailin Baş naziri İ.Rabinlә İordan çayının q. sahili vә Qәzza sektorunda Fәlәstin özünüidarәsinә dair Vaşinqton sülh sazişini (13.9.1993) bağlamışdı. ABŞ, Rusiya vә İsrailin iştirakı ilә Qahirәdә İsrail tәrәfindәn işğal edilmiş әrazilәrdә  Fәlәstin muxtariyyәtinin yaradılması haqqında sazişi (4.5.1994) imzalamışdı. Parisdә hәrbi hospitalda ürәk çatışmazlığından vәfat etmiş (onun MOSSAD tәrәfindәn zәhәrlәnәrәk öldürülmәsi dә ehtimal olunur), Rәmallahda dәfn olunmuşdur. 2007 ildә Rәmallahda onun adını daşıyan mәqbәrә tikilmişdir. İsraillә sülh sazişinin imzalanmasına nail olduğuna görә Nobel Sülh Mükafatına (1994) layiq görülmüşdür.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç