ƏRƏFSƏ, Sәfәralı, Şәhәrcik – Yelizavetpol (Gәncә) quberniyasının Zәngәzur qәzasında (9.9.1930 ildәn Qarakilsә, 2.3.1940 ildәn Sisyan r-nu), Bazarçayın sağ sahilindә azәrb.-ların yaşadığı kәnd. 1918 ildә ermәnilәr tәrәfindәn kәndin bütün әhalisi qovulmuş vә yalnız bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra qaçqınlar geri qayıda bilmişlәr. 3.7.1968 ildә kәnd Arevis adlanırılmışdır. 1988 ildә ermәni tәcavüzünә mәruz qalmış kәndin әhalisi yenidәn qovulmuşdur.