ƏRƏFSƏ MİNERAL SU BULAĞI – Azәrb. Resp. Culfa r-nu (Nax. MR) әrazisindә, Əlincәçayın sağ sahilindә, Ağsal bulağının yaxınlığındadır. Suyun temp-u 14,5°C, debiti 25 min l/gün, minerallaşma dәrәcәsi 4,3 q/l-dir.
Balneoloji tәrkibi:
Suyu az minerallaşmış, karbon qazlı, hidrokarbonatlı, natriumlu-kalsiumlu-maqneziumludur. “Borjomi” (Gürc.) tipli sudur; bir sıra daxili xәstәliklәrin müalicәsi üçün yararlıdır.