ƏRƏFSƏLİLƏR – türk tayfası. Kәngәr tayfasından olmuşlar. 18 әsr – 19 әsrin ortalarına aid mәnbәlәrdә Naxçıvan mahalında yaşayan kәngәr mәnşәli bir sıra qol vә tirәlәrin içәrisindә Ərәfsәnin dә adı çәkilir. Nadir şah Əfşarın [1736–47] hakimiyyәti dövründә Naxçıvandakı Ə.-i öz aralarından çıxmış vәkil vә ağsaqqallar idarә edirdi. Xanlıqlar dövründә Ə. Qarabağ xanlığının tәrkibindә, mәrkәzi Qarakilsә olan Sisian mahalında mәskunlaşmışlar. Naxçıvan vә Dәrәlәyәz mahallarının bir sıra kәndindә yaşayan Ə. maldarlıqla mәşğul olmuş, sonralar buğda, çovdar, arpa, vәlәmir, habelә mәrcimәk, günәbaxan vә s. becәrmişlәr. Arı pәtәklәri dә saxlayırdılar. 1918–20 illәrdә Andronikin ermәni-daşnak dәstәlәrinin hücumları nәticәsindә Naxçıvana qaçan azәrb.-ların içәrisindә Ə. dә vardı. Erm.-da sovet hakimiyyәti qurulduqdan sonra onlar öz kәndlәrinә dönә bilmişdilәr. 1988 ilin noyabrında azәrb.-lar Erm. dövlәti tәrәfindәn tamamilә deportasiya edilmişdir. Culfa r-nundakı Ərәfsә k.-nin adı Ə.-lә әlaqәdardır.