ƏRGƏVƏN (Cercis) – paxlalılar fәsilәsinin sezalpiniyalar yarımfәsilәsindәn bitki cinsi. Cәnubi Amerikada, Şimali Amerikada vә Şәrqi Asiyada yayılmış 10 növdәn Azәrb.-da 4 növü (C. siliquastum, C. griffithii, C. canadensis) dekorativ bitki kimi geniş istifadә olunur. Bәzi yerlәrdә (mәs., Kür-Araz ovalığı vә s.) adi Ə. (S. siliquastum) növü yabanılaşmış tәk-tәk ağaclara rast gәlinir. Hünd. 15–18 m olan ağaclardır. Yarpaqları növbәli, üst tәrәfdәn tünd, altdan açıq-yaşıl tamkәnarlıdır; yazda yarpaqlamadan әvvәl çiçәklәyir. Çiçәklәrin bir neçәsi birlikdә, dәstә şәklindә budaqların vә gövdәnin üzәrindә әmәlә gәlir. Kasacığı vә tacı açıq-çәhrayı vә ya qırmızımtıl çәhrayıdır. Tacı kәpәnәkvarıdır. 10 erkәkciklidir; tәrkibindә aşı maddәsi var. Paxlası yastı, dәyirmi-oval, oraqvarı әyilmiş, tündqәhvәyi vә hamardır; toxumları yumurtavarı olur, payızda yetişir vә uzun müddәt varı olur, payızda yetişir vә uzun müddәt ağacda qalır. Əsasәn düzәnliklәrdә, yarımsәhra vә yarımbozqır r-nlarda (Bakı Nәbatat Bağında, Mәrdәkan dendrarisindә, Abşeron, Lәnkәran, Muğan vә s.) yaşıllıqlarda bәzәk mәqsәdilә becәrilir. Qruplarla vә tәk-tәk әkilir. Növlәr bir-birindәn yarpaq ayalarının forması, çiçәyinin rәng çalarları, dәstәlәrdәki sayı ilә fәrqlәnirlәr. Kanada Ə.-i (C. canadensis) növü Azәrb.da Bakı Nәbatat Bağında, Mәrdәkan dendrarisindә vardır. Dekorativ, balverәn, oduncağı qiymәtli, aşı maddәli bitkidir. Quraqlığa davamlı, şoran torpağı suvarılmaya az tәlәbkardır. Oduncağı bәrk, yaxşı cilalanandır; ondan sarı rәng alınır. Xarratlıqda istifadә olunur.
Ярэявән (Cercis) аьаъы, чичяйи вя йарпаğы.