ƏRƏKİT NEKROPOLU – Azәrb. Resp. İsmayıllı r-nunun eyniadlı kәndi әrazisindә arxeoloji abidә. Qazıntılar zamanı 7 daş qutu qәbir aşkar edilmişdir. Qәbirlәrdәn ikisindә üzü şm.-c. istiqamәtindә dәfn olunmuş ölülәrin baş tәrәfinә kiçikölçülü bardaqlar qoyulmuşdur. Dәfn kameralarının forması vә oradan tapılan saxsı nümunәlәrinә әsasәn bu qәbirlәr 4–6 әsrlәrә aid edilir. Digәr qәbirlәrdә isә ölülәr islam adәt-әnәnәsinә uyğun olaraq üzü c.-q. istiqamәtindә dәfn olunmuşdur. Bu qәbirlәr, ehtimal ki, 7 әsrin sonu – 8 әsrin әvvәllәrinә aiddir.