Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏRƏŞ

    ƏRƏŞ – Azәrb.-da orta әsr şәhәri. Xarabalığı indiki Yevlax r-nunun Xaldan k. yaxınlığındadır. Salındığı tarix mәlum deyil. Ə. haqqında Evliya Çәlәbi, Şәrәfxan Bidlisi, İsgәndәr Münşi, Antoni Cenkinson, Korneli de Bruin (Brüyn), A.Bakıxanov vә b. mәlumat vermişlәr. Karvan yolu üzәrindә yerlәşәn vә 16 әsrdә mühüm ticarәt mәrkәzinә çevrilәn Ə. keyfiyyәtli ipәyi ilә Yaxın Şәrqdә mәşhur idi. İngilis sәyyahı A.Cenkinson Ə.-dәn Sәfәvilәr dövlәtinin әn әhәmiyyәtli şәhәrlәrindәn biri kimi bәhs etmişdir. Ə.-ә Türkiyә, İran, Rusiya, İngiltәrә vә s. ölkәlәrdәn tacirlәr gәlirdi. Türk sәyyahı E.Çәlәbinin yazdığına görә, 17 әsrin әvvәllәrindә, әsasәn, xam ipәk ixrac edәn Ə.-dә 10 min ev, 800 dükan var idi. Sәfәvi–Osmanlı müharibәlәri dövründә Ə. dәfәlәrlә әldәn-әlә keçmişdi. 1579–80 ildә Mustafa Lәlә paşanın komandanlığı altında Osmanlı qoşunu Ə.-i işğal etmişdi. Osmanlılar Ə.-dә 20–30 min döyüşçü yerlәşәn qala vә istehkam tikmişdilәr. Mustafa Lәlә paşa Ə.-in idarәsini Qaytas paşaya tapşırmışdı. Lakin sonralar Sәfәvi qoşunları yerli әhalinin kömәyi ilә şәhәri azad etdilәr. Döyüşlәr zamanı Qaytas paşa öldürüldü; qala vә istehkam dağıdıldı. 1615–16 illәrdә Dәli Mәlikin rәhbәrliyilә Şirvanda Sәfәvilәr әleyhinә başlamış üsyan Ərәş sultanlığını da bürüdü. Ə.-dәki Sәfәvi qarnizonunu mәğlub edәn üsyançılar şәhәri әlә keçirdilәr. Lakin üsyan tezliklә amansızcasına yatırıldı. Müharibәlәr vә tranzit ticarәtinin zәiflәmәsi nәticәsindә Ə. tәnәzzülә uğradı, 17 әsrin sonlarında isә kiçik yaşayış mәntәqәsinә çevrildi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç