ƏRƏŞ QƏZASI – çarizmin Qafqazda inzibati islahatına әsasәn 1873 ildә Yelizavetpol qub.-nın tәrkibindә yaradılmışdı. Ə.q. şm.-dan Nuxa, ş.-dәn Göyçay, c.-q.-dәn Cavanşir, şm.-q.-dәn Yelizavetpol qәzaları vә Zaqatala dairәsi ilә hәmsәrhәd olmuşdur. Qәza idarәsinә qәza rәisi, onun müavini, xәzinәdar, mәntәqә iclasçıları vә polis idarәsi daxil idi. Hakimiyyәt qәza rәisinin әlindә cәmlәşmişdi. Qәzada mәhkәmә yaradılmışdı. Ərazisi 3212,5 km2, әh. 52371 nәfәrdәn ibarәt Ə.q.-nın әhalisi, әsasәn, taxılçılıq, baramaçılıq, pambıqçılıq, tütünçülük vә maldarlıqla mәşğul idi. 1912 ildә qәzada 206 550 pud pambıq istehsal olunmuşdu. 1917–19 illәrdә Ə.q.-nda aqrar hәrәkat yayılmışdı; kәndlilәr mülkәdarların malikanәlәrini yandırır, torpaq vә әmlaklarını zәbt edirdilәr. Azәrb. SSR-in rayonlaşdırılması ilә әlaqәdar Ə.q. 1929 ildә lәğv olunmuşdur.