ƏRƏŞ SULTANLIĞI – Azәrb.-da kiçik hökmdarlıqlardan biri. Tәqr. indiki Yevlax vә Ağdaş r-nlarının bir hissәsini, Mingәçevir ş. әrazisini әhatә edirdi. Sәfәvilәr dövründә Ə.s.-nın әrazisi Şirvan bәylәrbәyiliyinin tabeliyindә idi. Ə.s.-nı sultan titulu daşıyan nәsli hakimlәr idarә edirdi. Sәfәvi–Osmanlı müharibәlәri dövründә Ə.s.-nı Osmanlılar tutmuşdu. Ə.s.-nda әhali ipәkçilik, bağçılıq, әkinçilik vә maldarlıqla mәşğul idi. Ə.s.-ndan bir çox ölkәyә xam ipәk ixrac olunurdu. Ərәş sultanları qonşu xanlıqlarda baş verәn ara çәkişmәlәrindә yaxından iştirak edirdilәr. 18 әsrin 50-ci illәrindә Ə.s. Şәki xanlığının vassalına çevrildi. Ərәşin sonuncu sultanı Şәhabәddin Sultan olmuşdur. 1795 ildә Ə.s. lәğv edilәrәk mahal kimi Şәki xanlığının tәrkibinә qatıldı.