ƏRƏZİN – Azәrb. Resp. Culfa r-nunda (Nax. MR) kәnd. Eyniadlı ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn vә d.y. st.-ndan 20 km şm.-da, Əlincәçayın sağ sahilindәdir. Əh. 1873 (2005); üzümçülük, heyvandarlıq vә әkinçiliklә mәşğuldur. Tam orta mәktәb, mәdәniyyәt evi, 2 kitabxana, uşaq bağçası, tibb mәntәqәsi, rabitә şöbәsi, gәc sexi var. Kәnddәn q.-dә orta әsrlәrә aid abidә yerlәşir. Ərazisi şm.-ş.-dә vә c.-q.-dә quru çay vadisi ilә mәhdudlaşır. Tikinti işlәri zamanı aşkar olunan (1989) abidәnin bir hissәsi dağıdılmışdır. Yaşayış yerinin mәrkәzi hissәsi 360 m2 sahәdә qismәn salamat qalmışdır. Kәşfiyyat xarakterli tәdqiqat işlәri nәticәsindә (1991) yerüstü materiallar (әmәk alәtlәrinin qırıqları, çәhrayı rәngli şirli vә şirsiz saxsı qab parçaları, bişmiş kәrpic, istehsalat tullantıları vә s.) aşkar olunmuşdur. Abidәnin bu hissәsindә mәdәni tәbәqә 2 m qalınlığında saxlanmışdır. Dağıdılmış hissәlәrdә qara rәngli kül dolu ocaq yerlәrinә tәsadüf olunmuşdur. Tapıntılar arasında misdәn hazırlanmış bir әdәd qarmaq var.